2015‐ci ildə respublikanın ali elmi qurumu
Azərbaycan Milli Elmlər Akademiyasının təsis
edilməsinin 70 ili tamam olur.
Ölkədə elmi‐intellektual potensialın milli
sərvət kimi formalaşdırılmasında, elmin
dövrün tələblərindən irəli gələn strateji
istiqamətlərinin müəyyənləşdirilməsi və onun
ən müxtəlif sahələri üzrə yüksəkixtisaslı kadr ‐
ların hazırlanmasında Milli Elmlər Akade ‐
miyasının müstəsna rolu vardır. Yarandığı
vaxt dan etibarən ötən fəaliyyət müddəti ərzində
o, mühüm nailiyyətlər qazan mış, elmi mək ‐
təblərin qurulmasına müvəffəq olmuş, bey ‐
nəlxalq elm struktur larına uğurla inteqrasiya
etmişdir. Akademiya müstəqil dövlətçiliyin
əsaslarının möhkəmləndirilməsində öz üzə ‐
rinə düşən vəzifələrin öhdəsindən bu gün də
layiqincə gəlir və cəmiyyətin sosial‐iqtisadi
tərəqqisinə, mədəni‐mənəvi təşəkkülünə töhfə ‐
lərini əsirgəmir.
Azərbaycan Respublikası Konstitu siya sı ‐
nın 109‐cu maddəsinin 32‐ci bəndini rəhbər