Prezident İlham Əliyevin Sərəncamı
əsasında Azərbaycan Tibb Universitetinin
500 çarpayılıq Tədris-Cərrahiyyə Klinika -
sının müasir səviyyədə inşası dövlətimizin bu
nüfuzlu ali təhsil ocağının inkişafına, onun
maddi-texniki bazasının möhkəmləndiril mə -
sinə diqqət və qayğısının əyani göstəricisidir.
Klinikada tədrislə yanaşı, əhaliyə yüksək
diaqnostik və cərrahi müalicə-tibbi yardım da
göstəriləcəkdir. Klinikada ümumi cərrahiyyə,
uşaq cərrahiyyəsi, döş qəfəsi cərrahiyyəsi,
oftalmologiya, travmatologiya, neyrocər rahiyyə
və digər şöbələr fəaliyyət göstərəcəkdir. Tibb
müəssisəsində müxtəlif cərrahi əməliyyatlar
aparmaq da mümkün olacaqdır. Tibb ocağı ən
müasir avadanlıqla təchiz edilmişdir.
Azərbaycan Tibb Universi teti -
nin rektoru, akademik Əhliman
Əmiraslanov dövlə timizin başçı -
sına klinika barədə məlumat verdi.
Bildirildi ki, tibb ocağının inşaat
işləri “Azərinşaat Qranit” MMC
tərəfindən həyata keçirilmişdir.
Ümumi ərazisi 45 min kvadrat -
metr olan klinikanın binası oriji nal
memarlıq üslubunda inşa edil miş -
dir. On üç mərtəbəli binanın həyə -
tində geniş abadlıq işləri görül müşdür.
Azərbaycan Prezidentinə klini -
ka dakı kafed ralar və şöbələr haq -
qında məlumat verildi. Bildirildi
ki, burada cərrahi və diaqnostik istiqa mət -
lərdə 18 ka fedra, 20 şöbə fəaliyyət göstərə cək.
İl ərzində burada 2800 tələbənin, 400-dən
çox rezidentin, 20-dən artıq dokto
ran
tın
cərrahi ixtisaslı fənlər üzrə təhsili ilə 40
professor, 80 dosent, 120 tibb üzrə fəlsəfə
doktoru məşğul olacaqdır.
Diqqətə çatdırıldı ki, klinikada imtahan və
kompyuter zalları da müasir avadanlıqla təchiz
edilmişdir. Burada kursların və dövlət
imtahanlarının keçirilməsi üçün kompyuterlə
təchiz olunmuş zallar da vardır.
Yüksək zövqlə inşa edilən binanın foye -
sində Heydər Əliyev guşəsi yaradılmışdır.
Guşədə Ümummilli Liderin Azərbaycan
səhiyyəsinin inkişafı və universitetin həya -