– Azərbaycanda nəşr olunan dövri elmi
nəşrlər qarşısında AAK tərəfindən qoyulan
tələblər Azərbaycan elminin səviyyəsinin
yük səl məsinə və Azərbaycan elminin beynəl -
xalq elm məkanına inteqrasiyasına nə dərəcədə
kömək edir?
– Azərbaycan elminin beynəlxalq elm məka -
nına inteqrasiyası və onun beynəlxalq aləmdə
səviyyəsinin və nüfuzunun yüksəlməsi respubli -
ka mızda nəşr olunan dövri elmi nəşrlə rin reytin -
qini müəyyən edən keyfiyyət və kə
miy
yət
gös tə ricilərindən əhəmiyyətli dərəcədə asılıdır.
Bu baxımdan respublikamızda nəşr olunan dövri
elmi nəşrlər qarşısında da böyük vəzifələr durur.
Azərbaycan Respublikasında dissertasiyaların
əsas nəticələrinin dərc olunması tövsiyə edilən
dövri elmi nəşrlərlə bağlı respublika elmi
ictimaiyyətinin rəyi, dövri elmi nəşrlərin baş
redaktorlarının iştirakı ilə keçirilmiş elmi-
praktik seminarda onlar tərəfin dən irəli sürülən
faydalı təklif və tövsiyələr nəzərə alınmış və
Azərbaycan Respublikasının Prezidenti yanında
Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin
2010-cu il 30 aprel tarixli icla sında “Azərbay -
can Respublikasında disser tasiyaların əsas nəti -
cələrinin dərc olunması tövsiyə edilən dövri
elmi nəşrlər qarşısında qoyulan tələblər” təsdiq
edilmişdir. Respubli kamızda nəşr olunan dövri
elmi nəşrlər qarşısında Azərbaycan Respublika -
sının Prezidenti yanında Ali Attestasiya Komis -
siyası tərəfindən qoyulan tələblər Azərbaycan
elminin beynəlxalq elm məkanına inteqrasi
-
yasına və onun beynəl xalq aləmdə səviyyəsinin
və nüfuzunun yüksəl mə sinə xidmət edir. Bu
tələblərdən bəzilərini nəzərdən keçirək.
Azərbaycan Respublikasında dissertasiya ların
əsas nəticələrinin dərc olunması tövsiyə edilən
dövri elmi nəşrlər qarşısında AAK tərə findən
qoyulan ən vacib tələblərdən biri dövri elmi nəş -
rin Beynəlxalq Standart Seriya Nömrəsi (İSSN)
almasıdır. Bu tələb dövri elmi nəşrin beynəlxalq
səviyyədə qeydə alınaraq tanınması üçün mühüm
əhəmiyyət kəsb edən şərtlərdən biri sayılır.
Dostları ilə paylaş: |