çalışdığı elm sahəsində hansı jurnalın nüfuzlu
olduğunu yaxşı bilməlidir. AAK Web of Science
elmi məlumat bazasının (www.thomson reuters.com)
üç sitatgətirmə sistemindən hər hansı birinə
daxil olan jurnalları birmənalı şəkildə nüfuzlu
xarici elmi jurnallar hesab edir: Science Citation
Index Expanded (dəqiq, təbiət və texniki elmlər
üzrə), Social Science Citation Index (sosial
elmlər üzrə), Arts and Humanities Citation
Index (incəsənət və humanitar elmlər üzrə). Bu
barədə uyğun məlumat AAK-nın rəsmi internet
saytında (www.aak.ab.az) yerləş
dirilmiş və
«Elm» qəzetinin 26 may 2010-cu il tarixli 20
saylı buraxılışında dərc olun muşdur.
Müdafiə üçün təqdim olunan dissertasiya -
ların elmi səviyyəsini yüksəlt mək və bütöv -
lükdə, Azərbaycan Respubli ka sının ali təhsil
müəssisələrinin və elmi müəssisələrinin beynəl -
xalq aləmdə nüfuzu nun yüksəlməsi işinə əhə -
miy yətli dərəcədə dəstək vermək məqsədilə
Ali Attestasiya Komissiyası Rəyasət Heyəti
11 yanvar 2013-cü il tarixdə “Nüfuzlu hesab
edilən və Azərbaycan Respublikasında disser -
tasi
ya
ların əsas nəticələrinin dərc olunması
tövsiyə edilən xarici elmi jurnalların siyahı sının
müəy yən edilməsi haqqında” qərar qəbul etmişdir.
Həmin qərara əsasən iddiaçıların elmlər doktoru
dissertasiyala rının əsas elmi nəticələrinə dair
onun ilkin ekspertizasına qədər xarici ölkələrdə
huma nitar və ictimai elmlər üzrə nəşr olunan
nüfuzlu jurnallarda dərc olunmuş üç məqa lədən
ən azı biri, dəqiq və təbiət elmləri üzrə isə altı
məqalədən ən azı üçü Web of Science elmi
məlumat bazasının Citation Index seriyalarından
birinə daxil olan jurnallarda dərc edilməlidir.
Xatırladaq ki, bu qərar 2013-cü il may ayının 1-dən
qüvvəyə minmişdir. Fürsətdən istifadə edərək,
dissertasiya şuralarının sədrlərinin diq qə tini bu
qərarın icrasının həyata keçiril mə sinə yönəltmək
istəyirəm.
Bəzən humanitar və ictimai elmlər sahəsində
dissertasiya yazan iddiaçılar şikayət edirlər ki,
onlar üçün xarici nüfuzlu jurnallarda və xüsusən
də Web of Science elmi məlumat bazasına daxil
olan jurnallarda məqalə dərc etdirmək çətindir.
Bununla qismən razılaşmaq olar. Məsələn,
Qarabağ hadisələrini və ya tarixini düzgün
işıqlandıran məqalələri çox vaxt bəzi jurnalların
redaksiyaları qəbul etmirlər. Erməni diasporu -
nun dünyada Azərbaycana qarşı yönəlmiş hamıya
bəlli olan aktiv fəaliyyəti bu cür məsələlərə də
öz mənfi təsirini göstərir. Lakin çıxış yolu
tapmaq mümkündür: belə məqalələri Azərbay -
ca nın düzgün mövqeyini dəstəkləyən ölkələrdə
nəşr olunan jurnallarda dərc etdirmək olar. Azər -
baycanın düzgün mövqeyini dəstəklə yən ölkələ -
rin sayı isə artıq kifayət qədərdir. Belə ki, 2011-ci
ildə dünyanın 155 ölkəsi Azərbaycanın nami -
zəd liyini dəstəkləyərək və etimad göstərərək,
respublikamızı BMT kimi mötəbər bir təşkilatın
Təhlükəsizlik Şurasına üzv seçmişdir. İlham
Əliyevin uğurlu diplomatiyası sayəsində
mümkün olan bu qələbə beynəlxalq aləmdə
respubli kamızın mövqelərinin olduqca güclən -
diyini göstərir. Heydər Əliyev Fondunun və
Azər bay can Mədəniyyətinin Dostları Fondunun
rəhbəri Mehriban xanım Əliyevanın təşəb büsü
və dəstəyi ilə Avropanın bir çox ölkə lə rində təşkil
Dostları ilə paylaş: |