cümlə dedi, lakin mən onu eşitmədim.
2
Atam dedi ki, Peyğəmbər belə buyurdu:). Onların
hamısı Qüreyşdən olacaq.» Müslimin səhihində isə bu hədis bu cür söylənilmişdir:
«Cabir ibn Sümrə deyir: «Peyğəmbər buyurmuşdur: Yəni, «İslam on iki imam imamlıq
edənədək əziz olacaqdır. (Sonra bir cümlə buyurdu, lakin mən onu başa düşmədim.
Atamdan Peyğəmbərin nə dediyini soruşduqda cavab verdi:-Peyğəmbər buyurdu ki,)
onların hamısı Qüreyşdəndir.»
Əhmədin müsnədində Abdullah ibn Məsuddan belə rəvayət olunur ki, Peyğəmbərdən
ondan sonrakı xəlifələr barədə sual olunduqda «Onlar da (xəlifələr də) Bəni-İsrailin başçıları
kimi on iki nəfər olacaqlar» buyurmuşdur.
Bu hədislərin əhatə dairəsi
Bəzilərində «İslamın izzəti»nin on iki xəlifənin olması və bəzilərində də din və şəriətin
qiyamətədək bu xəlifələrin olması ilə qorunub saxlanılacağını, özü də bu xəlifələrin yalnız
Qüreyş və Bəni Haşimdən olacağını qeyd edən hədislər İslam məzhəbləri arasında şiə
məzhəbindən başqa heç bir məzhəblə uyğun gəlmir. Çünki şiələr bu hədisi həqiqətən də,
onlara başçılıq etmiş və indi də başçılıq edən on iki imam mənasında təfsir etmişlər.
Sünnilər isə bu hədislərin təfsirində müşküllə üzləşmişlər.
Hədislərdə gəlmiş on iki xəlifə dedikdə Raşidi, Bəni-Ümməyə xəlifələri, yoxsa Abbasi
xəlifələri anlaşılmalıdır? Bu xəlifələrin heç birinin sayı on iki olmamışdır. On iki ədədi bu
xəlifələrin heç biri ilə uyğun gəlmir. Bundan əlavə, Bəni-Ümməyə xəlifələri arasında Yezid,
Bəni-Abbas xəlifələri arasında da Mənsur Dəvəniqi, Harun ər-Rəşid kimi zülm və sitəmdə
məşhur xəlifələr heç vaxt peyğəmbərin canişini olmağa layiq ola bilməzlər. Onların zülmkar
olduqlarına heç kimin şübhəsi yoxdur. Bu cür şəxslər İslama rəhbərlik edə bilməzlər.
Xilafətin şərtlərini nə qədər asanlaşdırsaq da, yenə də onlar xəlifə ola bilməzlər. Bundan
əlavə, nəzər saldıqda on iki ədədinin şiə xəlifələri və imamlardan başqa xəlifələrlə uyğun
olmadığını görürük. Yaxşı olar ki, bu barədə sözü sünnilərin məşhur və görkəmli alimlərinin
birinin dilindən eşidək. Süleyman ibn İbrahim Qunduzi Hənəfi «Yənabiul-məvəddət»
kitabında deyir: «Təhqiqatçıların bəziləri deyirlər: Bir çox sənədlərlə Peyğəmbərdən
rəvayət olunan və Peyğəmbərdən sonrakı xəlifələrin sayının on iki olduğunu bildirən
hədislərin mənası zaman ötdükcə məlum olur. Zaman ötdükcə məlum olur ki, on iki xəlifə
dedikdə Peyğəmbər onun Əhli-Beytindən olan on iki imamı nəzərdə tutmuşdur. Çünki bu
rəqəm digər xəlifələrdən nə Raşidi xəlifələri ilə, nə Bəni- Üməyyə xəlifələri ilə, nə də Abbasi
xəlifələri ilə uyğun gəlmir. Raşidi xəlifələri yalnız dörd nəfər olmuşlar. Bəni-Üməyyə
xəlifələri on dörd olmuşlar. Bundan əlavə, onlar Bəni-Haşimdən olmamışlar. Peyğəmbər(s)
isə onların hamısının Bəni-Haşimdən olduğunu qeyd etmişdir. Peyğəmbərin «onların hamısı
Bəni- Haşimdəndir» cümləsini yavaş deməsi də bunu sübut edir. Çünki bəziləri Bəni
Haşimin rəhbərlik etməsindən razı deyildi.
Bəni Abbas xəlifələri isə iyirmi beş nəfər olmuşlar. Bundan əlavə, onlar «Mən sizdən
bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumluq məhəbbətindən başqa bir şey
2
Buxarinin səhihi. C-9, S-100.
70
istəmirəm» (Şura, 23) ayəsinə, «Kisa»
1
hədisinə əməl etməyib Peyğəmbərin qohumlarına
(Əhli-beytə) əllərindən gələn zülmü etmişlər.
Deməli, bu hədis yalnız Əhli-Beytdən olan on iki imama uyğun gəlir. Onlar elm
cəhətdən hamıdan bilikli, təqva cəhətdən hamıdan təqvalı, əsl-nəcabət cəhətdən hamıdan
üstündürlər. Onlar peyğəmbərin elminin varisi olan şəxsiyyətlərdir. Peyğəmbərdən rəvayət
edilən «Səqələyn» və digər hədislər bu nəzəriyyəni təsdiq edir.» (Yənabiul məvəddət. S,
446.)
Təəccüblüsü budur ki, bəzi sünni alimləri bu hədisi gülünc mənada şərh edirlər. Onlar
deyirlər: «Ola bilsin, Peyğəmbər on iki xəlifə deyərkən İslamın ilk dörd xəlifəsini və
gələcəkdə olacaq, hələ ortaya çıxmamış bəzi xəlifələri nəzərdə tutmuşdur.» Bu sözlə
peyğəmbərin hədisindəki xəlifələr arasında əlaqə və bağlılıq aradan qalxır.
Biz isə deyirik: Nəyə görə bu hədisi Əhli-beytdən olan on iki imam mənasına təfsir
etməməklə özümüzü çətinliklərlə üzləşdirək? Ola bilsin, sonda heç bir nəticəyə də gələ
bilməyək.
Dostları ilə paylaş: |