Щязряти Айятуллащцл-Цзма


Fitrət və böyük islahedicinin zühuru



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə135/180
tarix28.03.2022
ölçüsü0,8 Mb.
#54345
növüDərs
1   ...   131   132   133   134   135   136   137   138   ...   180
[kitabyurdu.org] usuliddin-50ders

Fitrət və böyük islahedicinin zühuru

Bəzən  ağıldan  da  üstün  olan  batini  ilhamlar,  təkcə  Allahı  tanıma  bölməsində  yox, 

əksinə, bütün əqidə məsələlərində bizə rəhbərlik edə bilər. Bu ilhamlar bu məsələdə də bizə 

rəhbərlik  edir.  Bunun  nişanələri:  Ən  əvvəl,  bütün  insanlar  ümumi  ədalətin  bərqərar 

edilməsini   istəyirlər.  Çünki  insanların  hamısı  ədalət  aşiqidirlər.  Hamı  dünyada  sülhün, 

ədalətin bərqərar olunmasını istəyir və bunun üçün əllərindən gələni edirlər.

Böyük bir islahedicinin zühurunun fitri olduğuna bundan yaxşı dəlil ola bilməz. Çünki 

bir şeyin, bir istəyin ümumiliyi, onun fitri olduğunu bildirir (Diqqətli olun). Hər fitri eşq bir 

məşuqun olduğunu bildirir. Necə ola bilər ki, Allah bu eşqi insanın vücudunda yaratsın, lakin 

bu eşqi təmin etmək üçün bir məşuq yaratmasın? Buna görə də deyirik ki, insanların ədalət 

tələb edən fitrəti nəhayət dünyanın ədalətlə dolacağını iddia edir. Zülm itib aradan gedərək. 

Bəşəriyyət vahid bir dövlət kimi bir bayraq altında birləşib yaşayacaq.

İkincisi,  bütün  din  və  məzhəblərin  böyük  bir  islahedicinin  zühuruna  olan  intizarıdır. 

Bütün  dinlərdə  bu  məsələ  xüsusi  yer  tutur.  Böyük  bir  islahedicinin  zühuruna  inam  təkcə 

müsəlmanlar arasında deyil. Əldə olan sübutlar göstərir ki, bu əqidə bütün məzhəb və dinlər 

arasında,  şərq  və  qərbdə,  bütün  millətlər  arasında  nüfuz  tapmış  bir  əqidədir.  İslam  dini 

kamil bir din olduğu üçün bu məsələdə daha çox təkid edir.

Zərdüştilərin  tanınmış  kitabı  olan  «Zənd»də  deyilir:  «Qələbə,  zəfər  saleh  insanlarla 

olacaq.  Pislərin  kökü  isə  kəsiləcək.  Aləm  öz  həqiqi  səadətinə  yetişəcək,  Bəni-  Adəm 

xoşbəxlik taxtına əyləşəcək.» «Camasibnamə» kitabı Zərdüştün

1

 dilindən deyir: «Ərəblərdən 




72

başı yekə, iri bədənli, iri topuqlu bir kişi çıxıb camaatı öz cəddinin dininə dəvət edəcək. O, 

əzəmətli  bir  qoşunla  yer  üzünü  ədalətlə  dolduracaq.»  Hindlilərin  «Veşn  Cuk»  kitabında 

yazılmışdır: «Nəhayət, dünya Allahı sevən və onun xas bəndələrindən olan bir nəfərə nəsib 

olacaq.»  Hindlilərin  «Bask»  kitabında  deyilir:  «Dünya  adil  bir  rəhbərin  başçılığı  ilə  sona 

yetəcək.  Bu  adil  rəhbər  mələklər,  insanlar  və  pərilərin  rəhbəri  olacaq.  Haqq  onunla 

olacaqdır. Dağ, yer və dənizdə gizli olan şeylərin hamısı onun ixtiyarında olacaq. O, yer və 

göydən  xəbər  verəcək.  Ondan  böyük  bir  şəxsiyyət  dünyaya  gəlməyəcək.»  Davudun 

«Məzamir»  kitabında  deyilir:  «Pis  insanların  kökü  kəsiləcək.  Allaha  arxalananlar  isə  yer 

üzünün  sahibi  olacaqlar.  Düz  danışanlar  yer  kürəsinin  sahibi  olub  həmişə  ona  rəhbərlik 

edəcəklər.»  Buna  bənzər  bir  cümlə  Tövratın  «Əşiyanın  kitabı»  bölməsində  də  vardır. 

Mattanın İncilinin 24-cü fəslində deyilir: «Günəşin məşriqdən çıxıb məğribə qədər parladığı 

kimi  insanlar  da  parlayacaqlar.»  Lukanın  İncilinin  12-ci  fəslində  deyilir:  «Kəmərlərinizi 

bağlı, çıraqlarınızı yanıq saxlayın. Öz ağalarının intizarını çəkənlər kimi olun. Ağaları nə vaxt 

gəlib qapını döysə, onlar dərhal qapını açmağa hazırdırlar».

«Əlaimuz-zühur»  (Zühurun  nişanələri)  kitabında  yazılmışdır:  «Çinlilərin  qədim 

kitablarında, hindlilərin məzhəbində, skandinaviyalı və meksikalı kimi  insanlar arasında da 

böyük bir islahedicinin zühuruna inam vardır.»




Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin