Щязряти Айятуллащцл-Цзма


qazandığı  günahkarlarla  əhatə  olunan  şəxslər  cəhənnəmlikdirlər  və  orada  həmişəlik



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə59/180
tarix28.03.2022
ölçüsü0,8 Mb.
#54345
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   180
[kitabyurdu.org] usuliddin-50ders

qazandığı  günahkarlarla  əhatə  olunan  şəxslər  cəhənnəmlikdirlər  və  orada  həmişəlik 

qalacaqlar..»  (Bəqərə,  81).  Bu  cür  insanlar  Allahla  əlaqəni  tamamilə  kəsmiş,  nicat 

qapılarının  hamısını  üzlərinə  bağlamışlar.  Bu  cür  insanlar  bilərəkdən  öz  qanadlarını 

sındırmış,  uçmağa  imkanı  olmayan  və  həmişə  yerdə  qalmağa  məcbur  olmuş  quşlara 

bənzəyirlər.

Bu  üç  mətləbi  nəzərə  aldıqda  məlum  olur  ki,  bir  sıra  münafiq,  kafir  insanlar  üçün 

nəzərdə tutulmuş əbədi cəhənnəm əzabı heç də Allahın ədaləti ilə zidd deyildir. Bu, onların 

öz  gördükləri  işlərin  nəticəsidir.  Peyğəmbərlər  onlara  xəbərdarlıq  etmişdilər  ki,  bu  işlərin 

çox acınacaqlı nəticəsi vardır. Əgər bu insanlar cahil olmuş və peyğəmbərlərin sözü onların 

qulağına çatmamışdırsa, şübhəsiz ki, onlar bu cür əzaba düçar olmayacaqlar.

Xatırladaq ki, Quran ayələrindən və rəvayətlərdən belə məlum olur ki, Allahın rəhməti 

həddən  artıq  geniş  olduğuna  görə,  günahkarların  çoxu  bağışlanacaqdır.  Bəziləri  şəfaət 

vasitəsi ilə, bəziləri bağışlanma və əfv vasitəsi ilə, bəziləri gördükləri kiçik yaxşı əməllərin 

Allah  tərəfindən  böyük  hesab  olunması  vasitəsi  ilə,  bəziləri  də  bir  müddət  cəhənnəmdə 

qalıb, təmizləndikdən sonra bağışlanıb cənnətə gedəcəklər. Təkcə bir dəstə qalır ki, onlar da 

haqqla həddən artıq düşmənçilik  etdiklərinə,  zülm, fəsadda öz həddlərini  aşaraq talelərini 

qaraltdıqlarına görə, cəhənəmdə əbədi qalmalı olacaqlar.




Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin