Щязряти Айятуллащцл-Цзма


Günah etməyin səbəbi Allahın əzəli və əbədi elmidirmi?



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə55/180
tarix28.03.2022
ölçüsü0,8 Mb.
#54345
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   180
[kitabyurdu.org] usuliddin-50ders

3.Günah etməyin səbəbi Allahın əzəli və əbədi elmidirmi?

Məcburiyyət və ixtiyar barədə sonuncu məsələ budur ki, məcburiyyət əqidəsində olan 

insanlar özlərini paklığa çıxarmaq üçün bəhanə kimi Allahın onların günah etmələrinə səbəb 

olan  əbədi  elmini  göstərirlər.  Onlar  deyirlər  ki,  Allah  filan  şəxsin  filan  vaxda  filan  günahı 

edəcəyinibilirdi, ya yox?



33

Əgər cavab versək ki, yox, bu Allahın elmi ilə uyğun gəlmir. (Çünki Allah hər şeyi bilir.) 

Əgər desək ki, bəli bilirdi, deyəcəklər ki, onda mütləq o şəxs həmin günahı etməlidir. Yoxsa, 

Allahın elmi düz çıxmaz.

Deməli, Allahın elminin düzgün çıxması üçün bütün günahkarlar günahları, möminlər 

isə itaətlərini etməyə məcburdurlar.

Onlar  özlərini  sudan  quru  çıxarmaq  üçün  bu  bəhanəyə  əl  atmışlar,  ancaq  bir  şeyi 

nəzərə  almayıblar  ki,  Allah  filan  şəxsin  filan  günahı  edəcəyini  bilsə  də,  bu,  günahkar  öz 

günahında  məcburdur  mənasına  gəlməz.  Allah  bilir  ki,  filan  şəxs  filan  günahı  mömin  də 

itaətini öz ixtiyar və iradəsi ilə görəcəkdir. Yəni, Allah bu işləri (günah və itaət edəcəyimizi) 

bizim  öz  ixtiyarımızla  görəcəyimizi  bilir.  Əgər  məcbur  olsaq,  onda  Allahın  elmi  düzgün 

çıxmaz. (Deməli, Allahın elminin düzgün çıxması üçün tək çarəmiz insanın iradəcə azad və 

ixtiyar sahibi olduğunu etiraf etməkdir.) (Diqqət edin).

Bu  məsələni  aşkar  bir  misalla  daha  da  açıqlayaq.  Fərz  edin  ki,  bir  sinifdə  tənbəl  bir 

şagird var. Sinfin müəllimi topladığı təcrübə nəticəsində bilir ki, həmin şagird imtahanı verə 

bilməyəcək. Buna yəqini də var ki, o, sinifdə qalacaq. İmtahan zamanı çatdıqda həmin şagird 

imtahanı  verə bilmir və sinifdə qalır. İndi həmin şagird deyə bilərmi ki, ey müəllim, sənin 

mənim  imtahanı  verə  bilməyəcəyim  haqdakı  biliyin  məni  imtahandan  kəsilməyə  məcbur 

etdi?  Yaxud  məsum  bir  şəxs  filan  cinayətin  baş  verəcəyini  bilir.  Cinayət  baş  verdikdə  cani 

məsuma  deyə  bilərmi  ki,  sənin  elmin  məni  cinayət  törətməyə  məcbur  etdi?  Və  ya  baş 

verəcək hadisələr haqqında bir az qabaqcadan xəbərdarlıq edən cihazlar barədə hadisə baş 

verdikdən  sonra  deyə  bilərikmi  ki,  bu  cihazlar  bu  hadisənin  baş  verməsinə  səbəb  oldu? 

Deməli, belə nəticəyə gəlirik ki, Allahın elmi heç kəsi öz işində məcbur etmir.


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin