«Allah zalimləri (haqq yoldan) azdırar.» (İbrahim,27).
«Allah (küfr etməklə) həddi aşan, şəkk içində olan kimsəni belə yoldan azdırar.»
(Qafir, Mumin,34).
«Bizim uğrumuzda cihad edənləri öz yollarımıza qovuşduracağıq.» (Ənkəbut, 69).
Yuxarıdakı ayələrdə gördüyümüz kimi, Allahın istək və iradəsi heç də hesabsız deyildir.
Nə bir nəfər hikmətsiz və hesabsız hidayət olunur, nə də bir nəfər hesabsız yolundan
azdırılır. Əgər Allah onun yolunda cihad edən, çətinliklərlə mübarizəyə qalxan, öz nəfsi ilə
mübarizə edən, düşmənlərlə üz-üzə gələn bir şəxsə onu hidayət edəcəyini vəd edirsə, bu
ədalətin eynidir.
Əlbəttə ki, zülm, şəkk və şeytani hərəkətlərdə həddini aşmış insanları Allah hidayət
etməz. Nəinki, təkcə hidayət etməz, əksinə, onu yolundan azdırar. Bu şəxslərin qəlbləri,
gördükləri bu işlər nəticəsində daşa dönmüşdür və onlar bir daha düz yola hidayət oluna
bilməzlər. Əgər Quran ayələrində «Allah istədiyini yoldan azdırar» kimi ifadələrlə
rastlaşırıqsa, mənası budur. Allah əməllərimizin nəticəsni bizim öz ixtiyarımıza
qoymuşdursa, bu da eyni ədalətdir (Diqqət edin).
Dostları ilə paylaş: |