Ən gözəl qanun təyin edən kimdir?
İndi görək, insanların ehtiyacı olan qanunları kim daha gözəl təyin edə bilər? Bu şərtlə
ki, yuxarıda deyilən üç bəndin hamısına riayət olunsun. Bu məsələni daha yaxşı açıqlamaq
üçün sadə bir misaldan istifadə edirik.
İnsan cəmiyyətini uzun bir qatara, qanunları isə həmin qatarı idarə edən lokomotivə
bənzətmək olar. Qanun bütün yol boyu çəkilmiş və qatarın məqsədini təyin edən relsdir.
Məlumdur ki, yaxşı dəmir yolu aşağıdakı xüsusiyyətlərə malik olmalıdır:
A)Qatarın keçəcəyi yollar qatarın bütün ağırlığını saxlaya bilməlidir.
B)İki relsin arasında olan məsafə qatarın təkərlərinin məsafəsi ilə uyğun gəlməlidir.
Həmçinin, yol boyu tunellərin hündürlüyü qatarın hündürlüyünə münasib olmalıdır.
V)Qatarın əyləc sistemi yollardakı eniş-yoxuşun öhdəsindən gələ bilmədir.
Q)Yollarda baş verə bilən hadisələr dəqiq hesablanıb ehtimal edilməlidir ki, qatar
bütün məsafəni salamat gedə bilsin.
Bu misalı nəzərə alaraq insan cəmiyyətinə qayıdırıq. İnsanlar üçün qanun təyin etmək
istəyən şəxs aşağıdakı xüsusiyyətlərə malik olmalıdır:
A)Müxtəlif insanları yaxşı tanımalı, onların bütün istək, meyl və ehtiyaclarından agah
olmalıdır.
B)İnsanlarda olan bütün dəyər və istedadları nəzərə alaraq onların çiçəklənməsi üçün
qanun təyin etməlidir.
V) Cəmiyyətdə baş verən hadisələri, eləcə də onlara qarşı göstərilə biləcək
müqavimətləri qabaqcadan bilməlidir.
Q)Cəmiyyətdən heç bir şəxsi mənafe güdməməli və qanun təyin edən zaman özünün və
ya yaxın adamlarının xeyrini düşünməməlidir.
D)Gələcəkdə həyata keçəcək inkişaf və geriləmələrdən xəbərdar olmalıdır.
E)Son dərəcə səhvsiz, nöqsansız və eybsiz olmalıdır.
J)Nəhayət, qanun təyin edən şəxs cəmiyyətdəki qüvvələrin heç birinin təsiri altında
olmamalı, heç kimdən qorxmamalı, eyni zamanda bütün insanlara qarşı mehriban və
ürəyiyanan olmalıdır.
Dostları ilə paylaş: |