Щязряти Айятуллащцл-Цзма



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə75/180
tarix28.03.2022
ölçüsü0,8 Mb.
#54345
növüDərs
1   ...   71   72   73   74   75   76   77   78   ...   180
[kitabyurdu.org] usuliddin-50ders

qorxun!» (Bəqərə, 24).

Quranın  insanları  (müşrikləri)  ardıcıl  olaraq  mübarizəyə  dəvət  etməsindən  məlum 

olur  ki,  peyğəmbərin  öz  möcüzələri  arasında  ən  çox  arxalandığı  «Quran»  möcüzəsi 

olmuşdur.  Ancaq  o  Həzrətin  digər  möcüzələri  də  olmuşdur.  Bu  möcüzələri  tarix 

kitablarından oxuya bilərsiniz.

Quran  əbədi  və  hal-hazırda  hamının  gözü  qarşısında  olan  bir  möcüzə  olduğuna  görə 

biz ən çox bu barədə danışacağıq.

İnsanlar bu mübarizədə necə aciz qaldılar?

Təəcüblü və maraq doğuran odur ki, Quran müxalif qüvvələri mübarizəyə dəvət etmək 

üçün  son  dərəcə  fəsahət  və  bəlağətdən  istifadə  etmiş,  xəbərdar  edici  sözlər  işlətmişdir. 

Beləliklə  də,  heç  kim  üçün  bəhanə  yeri  qalmır.  «Əgər  doğru  deyirsinizsə...»,  «dünyada 

olanların  hamısını  köməyə  çağırsanız  da...»,  «əgər  inanmasanız,  yandırıcı  od  sizin 

intizarınızdadır» kimi ifadələr bu həqiqəti vurğulayır. Bütün bunlardan başqa, peyğəmbərin 

müxaliflərlə  mübarizəsi  də  sadə  mübarizə  deyildi.  Çünki  İslam  onların  qəlbən  əqidə 

bağladıqları  məzhəbi  (bütpərəstliyi)  yox  etməklə  yanaşı,  onların  iqtisadi,  siyasi 

mənfəətlərinə,  hətta  vücudlarına  belə  xətər  yetirmişdi.  Başqa  sözlə  desək,  islamın  nüfuz 

qazanması  onların  bütün  həyatını  alt-üst  etmişdi.  Buna  görə  də,  çarəsiz  qalıb  onunla 

mübarizəyə qoşulmuşdular. Onlar peyğəmbərin qarşısını alıb, təbliğatına mane olmaq üçün 

nəyin  bahasına  olursa,  olsun,  Quran  ayələrinə  bənzər  ayələr  gətirmək  məcburiyyətində 

qalmışdılar. Onlar bu cür ayələr gətirməklə qarşılarındakı müsəlmanları aciz buraxmaq və 

özlərinə  haqq  qazandırmaq  istəyirdilər.  Onlar  bu  işdə  ərəblərin  ən  fəsahətli  və  bəlağətli 

şəxslərindən istifadə edirdilər. Lakin hər dəfə Quranla mübarizəyə əl atdıqda məğlubiyyətlə 

üzləşir,  dərhal  geri  çəkilirdilər.  Bu  barədə  ətraflı  məlumatı  tarix  kitablarından  əldə  edə 

bilərsiniz.


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin