hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin.» (Maidə, 8). Onun
müharibə meydanlarında əxlaqi qaydalara riayət olunması üçün verdiyi əmrlər, o cümlədən,
döyüşənlərdən başqasına zərər yetirməmək, xurmalıq və ağacları kəsməmək, düşmənin
suyunu bulandırmamaq və əsirlərlə son dərəcə mehribanlıqla rəftar etmək kimi nümunələr
bu həqiqətə işarədir.
6.Onun iddia və dəvəti mühitə o qədər təsir etmişdi ki, müşriklər insanların ona yaxın
düşməsindən vəhşətə gəlirdilər. Çünki onlar peyğəmbərin cazibə və dəfetməsini görüb onun
fövqəladə olduğunu bilirdilər. (Bilirdilər ki, bir nəfər ona yaxınlaşdıqda dərhal onu özünə
cəlb edəcək). Bəzən, söhbət edən zaman onlar səs-küy salıb camaatın onun sözünü
eşitməsinə mane olurdular. Bilirdilər ki, kim onun sözlərini dinləsə, onun vurğunu olacaq.
Məhz buna görə, onu sehrbaz, sözlərini isə sehr adlandırırdılar. Bu məsələnin özü
peyğəmbərin təsir qüvvəsini göstərir.
7.Onun bu yolda göstərdiyi fədakarlıq və canfəşanlıqlardan məlum olur ki, bu dinə
hamıdan çox onun özü iman bağlamışdır. Mübarizə meydanlarında yenicə müsəlman olmuş
şəxslərin qaçıb aradan çıxmasına baxmayaraq o, öz hədəfi uğrunda əlindən gələni etdi.
Düşmənin hücumları, təhdidləri və əks- təbliğləri qarşısında heç vaxt özünü zəif qələmə
vermədi.
8.Müşriklər dəfələrlə onu öz çirkin planları ilə sazişə dəvət etsələr də, buna nail ola
bilmədilər. Ondan yalnız «əgər günəşi mənim bir əlimə, ayı da digər əlimə versəniz (bütün
dünyanı mənim ixtiyarımda qoysanız), yenə də öz hədəfimdən əl çəkməyəcəyəm» cavabını
aldılar.
9.Peyğəmbərin dəvətinin insanların ümumi təfəkküründə təsirinin surəti də fövqəladə
idi. Qərb alimlərinin İslam dini barədə yazdığı kitabları mütaliə edənlər bu yazıçıların
İslamın meydana çıxıb tez bir zamanda yayılmasından təəccüblərini gizlədə bilmədiklərini
söyləmişlər. Məsələn, qərbin tanınmış və «Qərb təməddününün tarixi və onun şərqdəki
bünövrələri» əsərini yazmış müəllimlərdən üçü həqiqəti etiraf edərək demişlər: «Dünyada
İslamın tez bir zamanda irəliləyib artmasının, bir əsrdən az bir müddətdə dünyanın çox
hissəsinə kölgə salmasının səbəbi barədə aparılan tədqiqatlara baxmayaraq, hələ də bu
məsələ bir müəmma olaraq qalmaqdadır.» Bəli, bu doğrudan da, bir müəmmadır. Necə də
52
tez bir zamanda İslam milyonlarla qəlbdə nüfuz tapdı, bütün mədəniyyətləri yox edərək
yeni bir mədəniyyət yaratdı.
10.Nəhayət, bu nəticəyə gəlirik ki, onunla düşmənçilik edənlər kafir və müşriklərin
başçıları, zalım rəhbərlər və özünüsevər dövlətlilər olmuşdur. Ona iman gətirənlər isə pak
ürəkli cavanlar, öz haqlarını tələb edən məzlum insanlar, hətta qul və nökərlər və heç bir
sərvəti olmayan insanlar idi. Onların yeganə sərvəti yalnız təmiz və pak qəlbləri idi. Onlar
haqqı tələb edən insanlar idilər.
Bu on bənddən belə nəticəyə gəlirik ki, bu dəvət ilahi bir dəvət olmuşdur. Elə bir dəvət
ki, təbiətin fövqündən nəşələnmiş, insanları azğınlıqlardan düz yola hidayət etmək üçün uca
Tanrı tərəfindən göndərilmiş bir dəvət olmuşdur.
Dostları ilə paylaş: |