Щязряти Айятуллащцл-Цзма


«Məhəmməd(s)  aranızdakı  kişilərdən  heç  birinin  atası  deyil  (Oğul  odur



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə96/180
tarix28.03.2022
ölçüsü0,8 Mb.
#54345
növüDərs
1   ...   92   93   94   95   96   97   98   99   ...   180
[kitabyurdu.org] usuliddin-50ders

«Məhəmməd(s)  aranızdakı  kişilərdən  heç  birinin  atası  deyil  (Oğul  odur  ki,  kişinin  öz 

belindən gələ!). Lakin o, Allahın rəsulu və peyğəmbərlərin sonuncusudur.» (Əzhab, 40).


53

Bu  ayə  ərəblər  arasında  birini  oğulluğa  götürmək  məsələsi  adət  olan  zaman  nazil 

olmuşdur. Ərəblər başqa ata-anadan olan bir nəfəri özləri üçün oğulluğa götürüb, onu öz ailə 

üzvləri  kimi  hesab  edir,  evdəkilərlə  məhrəm  olub  biri-birinə  (öldükdən  sonra)  varis 

olurdular.

İslam gələrək Cahiliyət dövrünün bu adətini aradan qaldırdı. İslam (bu ayə) bildirdi ki, 

oğulluğa götürülmüş şəxslər həqiqi oğlun (insanın öz belindən gələn oğlun) şəri və hüquqi 

qanunlarına  aid  deyillər.  Bu  ayə  Peyğəmbərin  oğulluğa  götürdüyü  Zeyd  adlı  bir  nəfərə  də 

şamil  olurdu.  Ayə  buyurur  ki,  siz  ərəblər  Peyğəmbəri  filankəsin  (Zeydin)  atası 

adlandırmaqdansa, onu Allahın elçisi və peyğəmbərlərin sonuncusu adlandırın.

Bu  ayədən  məlum  olur  ki,  İslam  peyğəmbərinin  risaləti  hamıya  məlum  olduğu  kimi, 

onun xatəmiyyəti də hamı üçün məlumdur. Burada təkcə bir sual qalır ki: «xatəm» sözünün 

əsl mənası nədir?

«Xatəm»  kəlməsi  «xətm»  sözündən  götürülmüş  və  qurtaran,  başa  çatdıran 

mənasındadır.  Məsələn,  məktubun  axırına  vurulmuş  möhrü  xatəm  adlandırılar.  Çünki  o 

möhür məktubu başa çatdırır.

Ərəb dilində üzüyə də xatəm deyirlər. Səbəbi də budur ki, o vaxt üzüyün qaşı üzərinə 

ad, söz və s. yazıb möhür əvəzinə istifadə edərdilər. Bir nəfər məktub yazıb qurtardıqda öz 

üzüyü ilə onu möhürləyərdi.

İslam  hədislərindən  peyğəmbər(s)  şah,  hakim  və  imperatorlara  məktub  yazıb  onları 

İslama dəvət etmək istədikdə səhabələrinin ona belə dedikləri məlumdur: «Əcəmlərdə belə 

adətdir ki, möhürsüz məktubu qəbul etmirlər». (Peyğəmbər o vaxtadək bütün məktublarını 

sadə və möhürsüz yazardı). O, əmr etdi ki, onun üçün bir üzük düzəldilib qaşı üzərinə «La 

ilahə  illəllah,  Muhəmmədun  rəsulullah»  həkk  olunsun.  Bundan  sonra  peyğəmbər  bütün 

məktublarını həmin üzüklə möhürləyirdi.

Deməli, xatəm sözünün əsl mənası sona yetirən və qurtaran deməkdir.

3.Hədislərin  bir  çoxu  da  İslam  peyğəmbərinin  sonuncu  peyğəmbər  olduğunu 

vurğulayır. Buna aid aşağıdakı hədisləri nümunə göstərmək olar.

A)Cabir ibn Ənsarinin peyğəmbərdən söylədiyi mötəbər hədisdə deyilir: «Peyğəmbər 

camaata deyir: Mənim peyğəmbərlər arasında misalım bir evin tikilib qurtarması və təkcə 

bir daşın yerinin boş qalmasına bənzəyir. Hər kim o evə girsə, baxıb deyəcək, nə gözəl evdir, 

heyf  ki,  bir  daşı  çatmır.  Mən  həmin  boş  qalan  yeri  dolduran  daşa  bənzəyirəm  və  bütün 

peyğəmbərlər mənimlə xətm olunurlar. (Məcməül-bəyan təfsiri).

B)İmam  Sadiq(ə)  buyurur:  Yəni,  «Məhəmməd(s)-in  halal  etdiyi  şeylər  qiyamətə 




Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin