Hamımıza məlum olduğu kimi, peyğəmbərin vəfatından sonra müsəlmanlar iki dəstəyə
bölünürlər. Bir dəstə deyirdi ki, peyğəmbər özündən sonra heç bir canişin təyin etməmiş və
xilafət məsələsini camaatın öz öhdəsinə qoymuşdur. Camaat kimi istəyirsə, onu xəlifə etsin.
İkinci dəstənin etiqadına görə isə, peyğəmbərin canişini onun özü kimi günah və
səhvdən məsum, camaata maddi və mənəvi rəhbərlik etmək üçün lazımi dərəcədə elmli
olmalı və dini göz bəbəyi kimi qoruyub saxlamalı, dinin irəliləməsində əlindən gələni
etməlidir. Bu dəstənin fikrincə bu cür şəxsi təyin etmək yalnız Allahın öhdəsində olan və
peyğəmbərin vasitəsi ilə həyata keçən bir şeydir. Peyğəmbər də bu işi Allahın əmri ilə
həyata keçirmiş və Əli ibn Əbu Talib (ə)-ı öz canişinlik məqamına təyin etmişdir. Bu dəstə
Bu bəhsləri irəli sürməkdə məqsədimiz məsələni əqli və tarixi dəlillərlə sübuta
yetirmək və ona aid Quran ayələri və peyğəmbərin hədislərini şahid gətirməkdir. Ancaq bu
bəhslərə başlamazdan qabaq bir neçə məsələni nəzərinizə çatdırmağı lazım bilirik.
55
Bəzi insanlar var ki, imamət məsələsi barədə söhbət araya gəldikdə deyirlər, bu gün bu
məsələnin yeri deyil. İndi müsəlmanları birləşdirib vəhdət (birlik) yaratmaq lazımdır.
Peyğəmbərin canişini barədə söz-söhbət araya ixtilaf salır. İxtilaf və təfriqə yaradan
məsələləri kənara qoyub ümumi çətinliklərimizin həlli ilə məşğul olmalıyıq.
Bu, tamamilə səhv bir fikirdir. Çünki birincisi, ixtilaf və təfriqə yaradan yalnız
məntiqsiz və əsassız söhbətlərdir. Məntiqlə, sübutla, dəlillə deyilən sözlər heç bir ixtilafa
səbəb olmur. Əksinə, arada olan ixtilafları azaldır və müştərək cəhətləri qüvvətləndirir. Mən
özüm Ərəbistana ziyarətə gedərkən orada olan sünni məzhəbinin alimləri ilə görüşüb
bəhslər etmişəm. Həm onlar, həm də mən bu bəhslərin heç bir ixtilafa səbəb olmadığını, eyni
zamanda arada yaxınlıq yaratdığını hiss edirik. Bu bəhslər aradakı ixtilafları imkan
dairəsində aradan qaldırır, bir-birimizə olan kin-kudrəti səmimiyyətə çevirirdi.
Ən əsası və başlıcası budur ki, bu cür bəhs və müzakirələr iki məzhəb arasındakı
müştərək cəhətlərin həddən artıq çox olduğunu aşkar edir. Biz müsəlmanlar (şiə və sünni)
bu müştərək cəhətlərlə düşmənlərimizin qarşısında durub onların cavabını verə bilərik.
Sünnilərin özü dörd firqəyə bölünmüşlər: hənəfilər, hənbəlilər, şafeilər və malikilər. Bu
dörd firqənin olması heç də onların təfriqələrinə səbəb olmamışdır. Əgər sünnilər şiə
məzhəbini bir məzhəb kimi qəbul etsələr, bir çox ixtilaflara son qoyular. Necə ki, son
zamanlarda sünni məzhəbinin böyük müftisi, əl-Əzhər universitetinin rektoru Şeyx Şəltun
İslamda böyük bir addım atmış və sünnilər arasında şiə məzhəbini müsəlmanlar üçün rəsmi
olaraq beşinci məzhəb elan etimişdir. Onun bu işi iki məzhəb arasında böyük dostluq və
qardaşlığa səbəb olmuşdur.
İkincisi, bizim əqidəmizə görə, İslamın qayda-qanunu hər məzhəbində kamildir. Bütün
məzhəblərə hörmət etməyimizlə bərabər bu əqidədəyik ki, həqiqi İslamı hansı cəhətdən
olursa olsun, yalnız şiə məzhəbi düzgün tanıtdıra bilər. Nəyə görə bu məktəb və məzhəbi
məntiq əsasında və qənaətbəxş olan dəlillərlə öz övladlarımıza öyrətmək? Əgər bu işi
görməsək, qətiyyətlə deyə bilərəm ki, övladlarımıza xəyanət etmiş olarıq.
Biz yəqin bilirik ki, peyğəmbər(s) özündən sonra camaata başçılıq etmək üçün canişin
təyin edib. Bu məsələni məntiqi sübutlarla araşdırmağın nə eybi var? Ancaq bu araşdırmalar
elə olmalıdır ki, başqalarının məzhəbinə hörmətsizlik olmasın.
Üçüncüsü, İslam düşmənləri müsəlmanların vəhdət və birliyini aradan qaldırmaq üçün
sünnilərin yanında şiələrə, şiələrin yanında da sünnilərə o qədər töhmətlər, iftiralar
yağdırmışlar ki, bəzi ölkələrdə bu, iki məzhəbi bir-birindən uzaq salmış və onları bir-birinə
düşmən etmişdir. Əgər biz imamət məsələsini yuxarıda dediyimiz kimi, yəni, məntiqi
sübutlarla irəli sürsək, şiə məzhəbinin təkid etdiyi məsələləri Quran və peyğəmbər sünnəsi
ilə sübut etsək, məlum olar ki, bu təbliğatın hamısı yalan olmuş və yalnız arada ixtilaf salmaq
üçün bu söhbətləri quraşdırmışlar.
Misal üçün, mənim heç vaxt yadımdan çıxmaz ki, Ərəbistana etdiyim səfərlərin birində
Səudiyyə Ərəbistanın böyük din alimlərindən biri mənə dedi: «Eşitmişəm, siz (şiələr) bizim
Qurandan fərqlənən başqa Quran çap edirsiniz». Mən təəcüblə ona dedim: «Əziz qardaşım!
Bu məsələnin doğru olub-olmadığını öyrənmək elə də çətin iş deyil. Mən sizi dəvət edirəm,
şəxsən özünüz və ya nümayəndəniz həcc ziyarətindən sonra heç bir yerə xəbər vermədən
bizim ölkəyə gedək. Bütün məscidlərdə, evlərdə Quran var. Hansı məscidə, yaxud evə
istəsəniz, gedib bir Quran götürüb baxaq. Görün, bizim ölkənin (çap etdiyi) Quranında bir
fərq varmı? Onların nöqtəsində belə bir fərq ola bilməz.
Mənim bu səmimi və sübutla etdiyim söhbət onun səhvini özünə anlatdı.
Bunları deməkdə məqsəd imamətə dair bəhslərin (yuxarıda dediyimiz kimi) İslam
cəmiyyətini möhkəmlətdiyini, bir çox həqiqətləri kəşf etdiyini və aradakı ixtilafları
azaltdığını bildirməkdir.
Dostları ilə paylaş: