Щязряти Айятуллащцл-Цзма


qədər halal, haram etdiyi şeylər də qiyamətə qədər haramdır.»



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə97/180
tarix28.03.2022
ölçüsü0,8 Mb.
#54345
növüDərs
1   ...   93   94   95   96   97   98   99   100   ...   180
[kitabyurdu.org] usuliddin-50ders

qədər halal, haram etdiyi şeylər də qiyamətə qədər haramdır.»

V)Şiə  və  sünnilərin  peyğəmbərdən  söylədiyi  məşhur  hədisdə  oxuyuruq:  Peyğəmbər 

Əli(ə)-a buyurmuşdur: «Sənin mənə olan nisbətin Harunun Musaya olan nisbəti kimidir. Təkcə 

bir fərq var ki, məndən sonra peyğəmbər olmayacaq.»

İslam peyğəmbərinin xatəmiyyəti barədə diqqəti cəlb edən bir neçə sual  vardır. Onları 

sizin nəzərinizə çatdırırıq.

1.Bəzi insanlar deyirlər ki, əgər peyğəmbər Allah tərəfindən göndərilən lütf, mərhəmət 

və  feyzdirsə,  bəs,  nə  üçün  bizim  zəmanənin  insanları  bu  lütf  və  mərhəmətdən  məhrum 

olmalıdır? Nə üçün indiki əsrin camaatına hidayət etmək üçün peyğəmbər gəlməməlidir? Bu 

sualı  verən  şəxslər  bir  məsələyə  diqqət  etməmişlər.  O  da  budur  ki,  bizim  əsrin 

peyğəmbərdən məhrum olmasının səbəbi insanların ona layiq olmamaları deyil. Bizim əsr 

üçün peyğəmbər göndərilməməsinin səbəbi budur ki, artıq bəşər təfəkkür və bilik cəhətdən 

o  dərəcəyə  yetişib  ki,  İslam  peyğəmbərinin  qayda  –qanununa  riayət  etməklə  öz  yollarına 

davam  edə  bilərlər  və  yeni  bir  peyğəmbərin  gəlməsinə  ehtiyac  yoxdur.  Yaxşı  olar  ki,  bu 

məsələni düzgün anlamaq üçün belə bir misala diqqət  edək: Ülul-əzm, yəni, yeni din, yeni 

şəriət  və  səmavi  kitab  sahibi  olan  (eləcə  də  risalətləri  ümumdünya  risaləti  olan) 



54

peyğəmbərlər beş nəfər olmuşlar. Nuh(ə), İbrahim(ə), Musa(ə), İsa(ə), və Muhəmməd(s). Bu 

peyğəmbərlərin  hər  biri  müxtəlif  dövrlərdə  insanları  hidayət  etməyə  çalışmışlar.  Bəşər 

karvanını bir mərhələdən keçirib digər mərhələyə, o biri ülul-əzm peyğəmbərə çatdırmışlar. 

Nəhayət,  bu  karvan  son  mərhələyə  yetişərək  öz  yolunu  tapdı,  artıq  özü  bu  yolda  hərəkət 

etmək  qüdrətinə  malik  oldu.  Bu  karvanın  işi  eynilə  ibtidai,  sonra  orta,  daha  sonra  isə  ali 

məktəbdə  təhsil  alan  tələbənin  işinə  bənzəyir.  Əvvəl  elmlə  ibtidai  şəkildə  tanış  olduqdan 

sonra  orta  həddə  təhsil  alaraq  elmini  başa  çatdırır.  Əgər  bir  həkim  məktəb  və  ya 

universitetə  getmirsə,  bu,  onun  ləyaqətinin  olmadığı  mənasına  gəlməz.  Əksinə,  bunun 

səbəbi onun əldə etdiyi məlumatları ilə öz elmi çətinliklərini həll etməyə qadir olmasıdır.

2.Dünya ictimaiyyətinin vəziyyətinin zaman keçdikcə dəyişdiyini nəzərə alsaq, İslamın 

sabit qanunları insan ehtiyacların necə ödəyə bilər?

Bu  sualın  cavabında  deyirik:  İslamın  iki  cür  qanunları  var;  1.  Bir  sıra  sabit  və 

dəyişilməz qanunlar. Məsələn, tövhid, ədalət, zülm və haqsızlıqla mübarizə və s. 2.Ümumi və 

mövzuların  dəyişilməsi  ilə  dəyişən  qanunlar.  Yəni,  zaman  dəyişdikcə  qanun  da  zamana 

uyğun  olur.  Bu  cür  qanunlar  həmişə  insan  ehtiyaclarını  ödəməyə  qadirdilər.  Məsələn, 

İslamda yəni, «əhdlərinizə vəfa edib sadiq qalın» kimi ümumi bir qayda var. Şübhəsiz ki, 

zaman ötdükcə faydalı olan yeni ictimai, ticari, siyasi əhdlər bağlanır. İnsan yuxarıda deyilən 

ümumi  qaydanı  əlində  əsas  tutaraq  bu  əhdlərə,  müqavilələrə  vəfa  edib  sadiq  qala  bilər. 

Yaxud  şəriətdə  «zərərsiz  qayda»  adlı  ümumi  bir  qanun  var.  Bu  qanunla  insan  cəmiyyətin 

zərərinə  olan  bütün  işlərin  qarşısını  ala  bilər.  Görün,  İslamın  bu  ümumi  qaydası  nə  qədər 

çətinliyi aradan qaldırır! Bu cür qaydalara İslamda çox rast gəlmək olar.




Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin