Fikirləşin və cavab verin:
1. «Bu gün imamət məsələsinin yeri deyil» deyənlərin məntiqi nədir?
2.Bu məntiqin qarşısında neçə sənədli cavab var?
3.İslam düşmənləri müsəlmanlar arasında necə ixtilaf yaradırlar? Bunların qarşısını
necə almaq olar?
4.İslam düşmənlərinin müsəlmanlar arasında yaratdığı ixtilaflardan nümunələr
bilirsinizmi?
5.Şiələrin fikrincə imamətin mənası nədir? Onların fikri ilə sünnilərin fikrində nə fərq
var?
II dərs.
İmamlığın fəlsəfəsi
Peyğəmbərlərin lazımlığı barədə gətirdiyimiz sübutlar peyğəmbərdən sonra imamın
lazımlığını da bizim üçün bir qədər aydınlaşdırıb. Çünki onların (peyğəmbərlərin və
imamların) bəzi işləri eynidir. Lakin yenə də bəzi məsələlərin açıqlanmasını lazım bilirik.
1)İlahi rəhbərlərin (imamların) himayəsində mənəvi təkamül.
Hər şeydən əvvəl, dünyanın yaraşıq və bəzəyi olan yaranışının hədəfi ardınca gedirik.
Bu hədəf Allaha, kamala, mənəvi təkamülə yetişməkdə çox məsafələr, uzun-uzadı yollar qət
etmişdir. Şübhəsiz ki, bu yolu məsum bir imamın başçılığı olmadan qət etmək olmaz. Bu
məsafəni arxada qoymaq üçün mütləq Allah tərəfindən təyin edilmiş bir müəllimə ehtiyacı
var.
Düzdür, Allah insana ağıl, düşüncə, dərrakə, vicdan vermiş, onun üçün səmavi kitablar
göndərmişdir. Bununla belə, yenə də ola bilər ki, insan öz yolunu tapmaqda səhv etsin.
Məsum bir imamın olması isə bu səhvin qarşısını mümkün qədər alır. Beləliklə də, «imamın
vücudu insan yaranışının hədəfini təkmil edir.» Əqidə kitablarında bu ifadəni «lütf qaydası»
adlandırılar. Lütf qaydası o deməkdir ki, hikmətli Allah insanı yaranışının hədəfinə yetirmək
üçün onun üçün hər cür şərait hazırlamışdır. O cümlədən, insanlar üçün peyğəmbərlər
göndərmiş və imamlar təyin etmişdir. Əgər belə olmazsa, Allahın hikməti ilə uyğun olmaz.
(Diqqət olunsun).
Dostları ilə paylaş: |