4)Höccətin tamamlanmasına olan ehtiyac.
İmamın mövcudluğu onun ətrafındakı möminlərin ondan bəhrələnməsi və öz
hədəflərinə çatmaları üçün ondan istifadə etmələrindən əlavə, onların əksinə hərəkət
edənlərə höccəti tamamlayır. Bu yolla onlara verilən əzab vədləri sübutsuz olmur və bəhanə
üçün heç bir yer qalmır. Bir sözlə, imamın mövcudluğu haqq dəlillərini kifayət qədər bəyan
edir, xəbərsizləri xəbərdar edir, xəbərdarlara isə xatircəmlik verir.
5)İmam Allah lütfünün böyük vasitəçisidir
Alimlərin bir çoxu (hədislərdən istifadə edərək) insanlar arasında peyğəmbər və
imamın yerini insan bədənində ürəyin yerinə bənzədirlər. Bildiyimiz kimi, ürək döyündükdə
bütün damarlara qan ötürərək bütün hüceyrələri qidalandırır. Məsum imamın insanların
başçısı olub Allah lütfünün nazil olmasına səbəb olduğunu, eləcə də hər bir insanın bu
vasitəçi ilə əlaqədə olub öz lütfünü mənimsədiyini nəzərə alaraq bu nəticəyə gəlmək olar ki,
ürək insan vücuduna lazım olduğu kimi, imam da insanlara lazımdır. (Diqqətli olun.)
Bunu da bilin ki, peyğəmbər və imamın özünün heç bir şeyi yoxdur ki, camaata
versinlər, hər nələri varsa, hamısı Allahındır. Necə ki, qəlb Allah lütfünün bədən üçün
vasitəçisidir, eləcə də peyğəmbər və imam insanlar üçün Allah lütfünün vasitəçisidirlər.
Dostları ilə paylaş: |