Fikirləşin və cavab verin
1.İnsanların mənəvi təkamülə yetişməsində imamın rolu nədən ibarətdir?
2.Şəriəti qorumaqda imamın rolu varmı?
3.Höccətin tamamlanması nə deməkdir? İmamın bu işdə nə kimi rolu var?
4.Lütf vasitəsi nə deməkdir? Bu baxımdan peyğəmbər və imamı nəyə bənzətmək olar?
III dərs
İmamın xüsusi şəraiti və sifətləri
Bu bəhsi başlamazdan qabaq bir məsələni bilməliyik. O məsələ budur: Qurani-
Məciddən məlum olur ki, imamət məqamı bir şəxsin çata biləcəyi ən yüksək məqamdır.
Hətta nübuvvət məqamından da üstündür. Çünki İbrahim peyğəmbərin əhvalatında deyilir:
«İbrahimi öz Rəbbi bir neçə sözlə (bəzi əmrləri ilə) imtahana çəkdiyi zaman o, Allahın
58
əmrlərini tamamilə yerinə yetirdi. Belə olduqda Allah ona «səni insanlara imam (dini
rəhbər, başçı) təyin edəcəyəm» dedi. İbrahim isə «nəslimdən necə?» deyə soruşdu. Allah
(onun cavabında): «(Sənin nəslindən olan) Zalımlar mənim imamlıq rütbəmə nail ola
Dostları ilə paylaş: |