Щязряти Айятуллащцл-Цзма


)Günah və səhvdən məsum olmaq



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə106/180
tarix28.03.2022
ölçüsü0,8 Mb.
#54345
növüDərs
1   ...   102   103   104   105   106   107   108   109   ...   180
[kitabyurdu.org] usuliddin-50ders

1)Günah və səhvdən məsum olmaq

İmam da peyğəmbər kimi məsum olmalıdır.  Əks təqdirdə camaatın etimadını qazana 

bilməz  və  onlara  rəhbər,  örnək,  nümunə  ola  bilməz.  İmam  camaatın  qəlbində  rəğbət 

qazanmalıdır. Dediyi sözləri camaat sorğu-sualsız qəbul etməlidir. Günah işlətmiş şəxs heç 

vaxt  camaatın  rəğbətini  qazana  bilməz.  Özünün  gündəlik  işlərində  səhvə  yol  verən  şəxs 

cəmiyyətin işlərini səhvsiz necə qabağa apara bilər? Camaat onun dediklərini sorğu-sualsız 

necə qəbul edər?

Şübhəsiz  ki,  peyğəmbər  məsum  olmalıdır  və  buna  heç  kimin  şəkki  yoxdur.  İmam  da 

yuxarıda dediyimizə əsasən məsum olmalıdır.

Bu  məsələni  başqa  bir  yolla  da  isbat  etmək  olar.  O  da  ötən  dərslərdə  dediyimz  «lütf 

qaydası» dır. Peyğəmbər və imamın varlığı bu qaydaya əsasən olduğu kimi, məsumluğu da 

bu  qaydaya  əsasəndir.  Səbəbi  də  budur  ki,  peyğəmbər  və  imamların  qarşıya  qoyduğu 

məqsədlər yalnız məsum olmaqla təmin olunur və ötən dərslərdə peyğəmbər və imamların 

varlığının fəlsəfəsinə dair dediklərimiz məsumluq şərti ilə kamil olur.

2)Sonsuz elm 

İmam da peyğəmbər kimi camaatın elm mənbəyidir. O, dinin əsas və füruatından (fəri 

məsələlər), Quranın zahir və batinindən, peyğəmbərin sünnəsindən və dinə aid olan bütün 

məsələlərdən  xəbərdar  olmalıdır.  O,  şəriətin  gözətçisi,  camaatın  rəhbəridir.  Çətin 

məsələlərlə  üzləşdikdə  başqalarından  kömək  istəyən,  elmləri  İslam  cəmiyyətinin 

ehtiyaclarını ödəməyən insanlar imamət məqamını öhdələrinə götürə bilməzlər. (Heç buna 

ixtiyarları  da  çatmır.)  Bir  sözlə,  imam  dini  məsələləri  bütün  camaatdan  yaxşı  bilməlidir. 

Peyğəmbərin  vəfatından  sonra  əmələ  gələn  boşluğu   doldurmalı  və  həqiqi  İslamı 

mövhumatdan qoruyub saxlamalıdır.

3)Şücaət

İmam cəmiyyətin ən şücaətli şəxsi olmalıdır. Şücaətsiz rəhbərlik etmək mümkün deyil. 

İmam şücaətlə çətinliklərin, zalımların, daxili və xarici düşmənlərin qarşısında durmalıdır.

4)Təqva

Dünya  malının  aşiqi  olanlar  tez  allanırlar.  Onların  haqq  yoldan  dönmə  ehtimalı 

böyükdür. Bu cür insanları bəzən dünya malı ilə şirnikdirmək, bəzən  də qorxutmaq vasitəsi 

ilə yoldan çıxarırlar.

İmam dünya malının əsiri yox, əmiri (şah) olmalıdır. O, dünya malına aldanmamalı və 

İslama zidd olan dəvətlərə uymamalıdır. Buna görə də o, gərək,  nəfsə tabe olmasın və dünya 

malında gözü olmasın.



59


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin