Щязряти Айятуллащцл-Цзма


Fikirləşin və cavab verin



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə108/180
tarix28.03.2022
ölçüsü0,8 Mb.
#54345
növüDərs
1   ...   104   105   106   107   108   109   110   111   ...   180
[kitabyurdu.org] usuliddin-50ders

Fikirləşin və cavab verin

1.Hansı dəlilə əsasən imamət məqamı insan üçün ən yüksək məqamdır?

2.İslam  peyğəmbəri  və  digər  ülul-əzm  peyğəmbərlər  də  imamət  məqamına  nail 

olmuşlarmı?

3.İmamın məsum olmadığı təqdirdə hansı müşküllə üzləşəcəyik?

4.Nə üçün imamın sonsuz elmi olmalıdır?

5.Nə  üçün  imam  insanların  ən  şücaətlisi,  ən  təqvalısı  və  əxlaq  cəhətdən  ən  cazibəlisi 

olmalıdır?



IV dərs.

İmamı təyin etmək kimin öhdəsindədir?

Müsəlmanların  bir  dəstəsi  (sünnə  əhli)  deyirlər  ki,  peyğəmbər  dünyasını  dəyişən 

zaman  heç  bir  canişin  təyin  etməmişdir.  Bu  iş  (xəlifə  seçmək)  müsəlmanların  öz 

öhdəsindədir.  Şuranın  rəhbərliyi  altında  yığışıb  özlərinə  xəlifə  təyin  etməlidirlər.  Onlar 

deyirlər  ki,  bu  iş  həyata  keçdi-  ilk  dəfə  olaraq  birinci  xəlifə  (Əbu  Bəkr)  müsəlmanlara 

rəhbərlik etdi. Dünyasını dəyişən zaman şəxsən özü ikinci xəlifəni təyin etdi. İkinci xəlifə də 

ondan sonrakı xəlifəni təyin etmək üçün altı nəfərdən ibarət olan bir şuranın qurulmasını 

vəsiyyət etmişdi. O altı nəfər bunlar idi: Əli(ə), Osman, Əbdürrəhman ibn Ofv, Zübeyr, Təlhə 

və Səd ibn Əbi Vəqqas. Şurada Osman hamıdan çox, yəni Səd ibn Əbi Vəqqas, Əbdürrəhman 

ibn Ofv və Təlhənin ona verdiyi üç rəy ilə müsəlmanların üçüncü xəlifəsi seçildi. (Bunu da 

xatırladaq ki, ikinci xəlifə Ömər açıq-aşkar demişdi ki, əgər rəylər bərabər olarsa (Osmanın 

kürəkəni  olan)  Əbdürrəhman  ibn  Ofv  olan  tərəfin  rəyini  qəbul  edin).  Osmanın  xilafətinin 

axır  çağlarında  camaat  müxtəlif  səbəblər  üzündən  onun  əleyhinə  qiyam  edib  onu  qətlə 

yetirdiklərinə  görə,  o,  özündən  sonrakı  xəlifəni  təyin  edə  bilməmişdi.  Onun  ölümündən 

sonra camaatın hamısı Həzrət Əli(ə)-a tərəf üz çevrilib ona beyət etdi. Bu beyətdən yalnız 

Müaviyə  boyun  qaçırdı.  O,  üçüncü  xəlifə  tərəfindən  Şam  şəhərinə  vali  təyin  edilmişdi. 

Osmanın  ölümündən  sonra  Müaviyə  bilirdi  ki,  yeni  xəlifə  (Əli)  onu  bu  məqamında 

saxlamayacaq.  Məhz  bu  səbəbdən  Əli(ə)-a  müxalif  olduğunu  elan  etdi  və  onun  bu  işi 

minlərlə günahsız müsəlmanın qanının axıdılması ilə nəticələndi.

İndi bu məsələni (camaatın xəlifə seçməsini) elmi və tarixi yollarla araşdırıb bu barədə 

olan sualların bir neçəsini oxucuların nəzərinə çatdırırıq.


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin