Щязряти Айятуллащцл-Цзма


(Vilayət)  rəhbərlik ayəsi



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə116/180
tarix28.03.2022
ölçüsü0,8 Mb.
#54345
növüDərs
1   ...   112   113   114   115   116   117   118   119   ...   180
[kitabyurdu.org] usuliddin-50ders

4.(Vilayət)  rəhbərlik ayəsi

«Maidə» surəsinin 55-ci ayəsində gəlmişdir: «Sizin hamınız, rəhbəriniz ancaq Allah, 



Onun peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, (Allaha) boyun əyərək namaz qılır 

və rüku halında sədəqə( zəkat) verirlər.

«Vilayət»  kəlməsi  «vəliyy»  sözünün  köküdür.  Bu  sözün  verdiyi  məna  müsəlmanların 

bir-biri ilə dostluğu deyil. Çünki bu dostluğun şərtə ehtiyacı yoxdur və bütün müsəlmanlar 

bir-biri ilə dostdurlar. Hətta rüku halında zəkat verməsələr də, «vəliyy» sözü müsəlmanlara 

maddi və mənəvi rəhbərlik etmə mənasına gəlir. Xüsusən, bu sözün Allah və peyğəmbərin 

rəhbərliyi ilə birgə gəlməsi bu məsələni daha da aydınlaşdırır. Bu da məlumdur ki, bu ayədə 

bəzi xüsusiyyət və nişanələrin qeyd olunması, namaz qılarkən rüku halında sədəqə (zəkat) 

verən müəyyən bir şəxsə işarə edir. Vacib deyil ki, insan namazın rükusunda sədəqə versin. 

Əslində bu bir nişanədir.

Bu  nişanələrin  hamısından  belə  məlum  olur  ki,  bu  ayə  Həzrət  Əli(ə)-ın  əhvalıtına 

işarədir.  O  əhvalat  bu  cür  olub:  Bir  gün  Həzrət  Əli(ə)  məsciddə  namaz  qılırdı.  Bir  dilənçi 

məscidə  girib  kömək  istədi.  Lakin  ona  heç  kim  əl  tutmadı.  Bu  vaxt  namazın  rükusunda 

durmuş  Həzrət  Əli(ə)  sağ  əlinin  kiçik  barmağını  dilənçiyə  tərəf  uzatdı.  Dilənçi  yaxınlaşıb 

Həzrət  Əli(ə)-ın  barmağındakı  qiymətli  üzüyü  çıxartdı.  Peyğəmbər(s)  gözucu  bu  hadisəni 

müşahidə  edirdi.  Namazdan  sonra  üzünü  göyə  tutaraq  buyurdu:  «İlahi!  Musa(ə)  səndən 

köksünün  açılıb  genişlənməsini,  işinin  yüngülləşməsini,  sözünün  yaxşı  anlaşılması  üçün 

dilindən  düyünün  açılmasını  və  qardaşı  Harunun  ona  vəzir,  köməkçi  olmasını  dilədi.  Mən 

Məhəmməd(s) sənin seçilmiş peyğəmbərinəm. Mənim də köksümü genişlət, işlərimi asan et 

və ailəmdən olan Əlini mənə vəzir və köməkçi et. Onunla məni möhkəm və qüvvətli et.»

Peyğəmbərin  duası  qurtarmamış  Cəbrail  nazil  olub  həmin  ayəni  gətirdi.  Təəccüblü 

budur  ki,  böyük  sünni  təfsirçilərinin  əksəriyyəti,  eləcə  də  tarixçi  və  hədis  deyənləri  bu 

ayənin  Həzrət  Əli(ə)  barədə  nazil  olduğunu  yazmışlar.  Peyğəmbərin  səhabələrinin  on 

nəfərdən çoxu da bu ayənin Əli(ə) barədə nazil olduğunu şəxsən peyğəmbərin öz dilindən 

söyləmişlər.

Rəhbərlik, imamət barədə ayə çoxdur. Biz isə təkcə bu dördə ayə ilə kifayətlənirik.


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin