neçə sözlə (bəzi əmrləri ilə) imtahana çəkdiyi zaman o, Allahın əmrlərini tamamilə
yerinə yetirdi. Belə olduqda Allah ona «Səni insanlara imam (dini rəhbər) təyin
edəcəyəm» deyə buyurdu.
Müxtəlif Quran və tarix nişanələri göstərir ki, İbrahim(ə) imamət məqamına Babil
bütpərəstləri ilə mübarizədən, Şama hicrət etdikdən, Kəbə məscidini düzəltdikdən və
İsmayılı qurban kəsməyə apardıqdan sonra nail olmuşdur.
Əgər nübuvvət məqamının təyini Allahın ixtiyarındadırsa, ondan dəfələrlə üstün olan
imamət məqamı da onun ixtiyarında olmalıdır. İmamət məsələsi camaatın rəyi əsasında
təyin olunmuş deyil. Bundan əlavə, Quran özü bu cür ifadə ilə buyurur: «Səni insanlara
imam təyin edəcəyəm.» (Deməli, bu iş Allahın ixtiyarındadır.) Quranın digər bir ayəsində
Allahın böyük peyğəmbərləri İbrahim, Lut, İshaq və Yaqub barədə bu cür deyilmişdir: «Biz
Dostları ilə paylaş: |