Щязряти Айятуллащцл-Цзма


Allah kafir camaatı düz yola yönəltməz.»



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə114/180
tarix28.03.2022
ölçüsü0,8 Mb.
#54345
növüDərs
1   ...   110   111   112   113   114   115   116   117   ...   180
[kitabyurdu.org] usuliddin-50ders

Allah kafir camaatı düz yola yönəltməz.»

Bu  ayənin  ahəngindən  başa  anlaşılır  söhbət  peyğəmbərin  boynunda  olan  ağır 

məsuliyyətdən gedir. Özü də, peyğəmbərə nigarançılıq üz vermişdi. Bu məsuliyyət camaatın 

bir  dəstəsinin  qarşı  çıxmasına  səbəb  ola  bilərdi.  Buna  görə  də,  ayədə  bu  məsuliyyət  və 

təbliğin  camaata  çatdırılması  təkid  olunmuş  və  peyğəmbərə  nigarançılıqların  müqabilində 

xatircəmlik verilmişdir.

Bu  mühüm  məsələ  yəqin  ki,  tövhidə,  yəhudi  və  münafiqlərlə  mübarizə  aparmağa  aid 

deyil. Çünki o vaxt (Maidə surəsi nazil olan zaman) bu məsələlərin hamısı həll olunmuşdu.

İslamın  sadə  ehkamlarını  camaata  çatdırmaq  üçün  də  bu  qədər  nigarançılıq  lazım 

deyil.  Çünki  ayənin  zahirindən  belə  anlaşılır  ki,  bu  məsuliyyət  çox  ağır  və  peyğəmbərliyə 

bərabər olan bir məsuliyyət imiş. Əgər bu iş həyata keçməsəydi, peyğəmbərlik vəzifəsi naqis 

və  natamam  qalardı.  Bu  məsələ  peyğəmbərin  özündən  sonraya  canişin  təyin  etmək 

məsələsindən  başqa  bir  şey  ola  bilərdimi?  Özü  də  bu  ayə  peyğəmbərin  ömrünün  son 

çağlarında  nazil  olmuşdur  və  peyğəmbərin  risalətinin  davamı  olan  canişinlik  məsələsi  ilə 

uyğun  gəlir.  Bundan  əlavə,  bir  çox  səhabələrdən  rəvayət  olunmuş  hədislərdə,  o  cümlədən 

Zeyd  ibn  Ərqəm,  Əbu-Səid  Xidri,  İbn  Abbas,  Cabir  ibn  Abdullah  Ənsari,  Əbu-Hüreyrə, 

Hüzeyfə və İbn Məsuddan söylənilmiş hədislərdə, eləcə də sünni alimlərinin (təfsirçi, tarixçi 

və hədis deyənlərin) söylədiyi hədislərdə gəlmişdir ki, bu ayə (Maidə surəsinin 67-ci ayəsi) 

Həzrət  Əli(ə)  və  Qədir-Xum  hadisəsilə  əlaqədar  nazil  olmuşdur.  Qədir-Xum  hadisəsini, 

inşaallah,  gələn  dərsdə  açıqlayacağıq.  İndi  isə  qısaca  olaraq  deyirik:  bu  ayə  açıq-aşkar 

göstərir ki, peyğəmbərə ömrünün axırlarında  son həccindən qayıdan zaman Əli(ə)-ı rəsmi 

olaraq öz canişini təyin edib camaata bildirmək əmr olunmuşdu.




Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin