Щязряти Айятуллащцл-Цзма


Məgər peyğəmbər özünə canişin təyin etmədi?



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə110/180
tarix28.03.2022
ölçüsü0,8 Mb.
#54345
növüDərs
1   ...   106   107   108   109   110   111   112   113   ...   180
[kitabyurdu.org] usuliddin-50ders

2.Məgər peyğəmbər özünə canişin təyin etmədi? 

İslam  dininin  ümumdünya  və  əbədi  bir  din  olduğuna  şübhə  yoxdur.  Quran  ayələrinə 

əsasən, bu dinin xas bir zaman və məkana aid olmadığı anlışılır. Buna da şübhə yoxdur ki, 

peyğəmbər  vəfat  edən  zaman  İslam  dini  Ərəbistan  yarımadasından  kənara  çıxmamışdı. 

Digər  tərəfdən,  peyğəmbərin  Məkkədəki  13  il  ömrü  (peyğəmbər  olduqdan  sonra)  yalnız 

bütpərəstliklə mübarizə aparmaqla keçmişdi. Ömrünün hicrətdən sonrakı və İslamın təzə-

təzə çiçəkləndiyi dövrdəki on ilinin çoxu da müharibələrə sərf olmuşdu. Peyğəmbərin gecə-

gündüz İslamı təbliğ etməsinə baxmayaraq, bir çox məsələlərlə yaxından tanış olmağa çox 

vaxt  lazım  idi.  Buna  görə  də,  bu  ağır  məsuliyyəti  peyğəmbərdən  sonra  onun  özü  kimi  bir 

şəxs  öz  öhdəsinə  götürməli  idi.  Bunlardan  əlavə,  gələcəyi  düşünmək   məzhəbin,  şəriətin 

davam etməsi üçün şərait hazırlamaq bütün rəhbərlərin fikrini cəlb edən məsələlərdən idi. 

Onlar  bu  məsələləri  heç  vaxt  unutmur  və  həmişə  bu  barədə  düşünürdülər.  Bunlar  bir 

kənara,  bəzən  peyğəmbər  ən  sadə  işlər  üçün  də  tövsiyələr  edir,  məsləhətlər  verirdi.  Onda 

necə ola bilər ki, özündən sonra bir nəfəri canişin təyin etmək üçün proqram hazırlamasın? 

Bu  üç  məsələ  açıq-aşkar  bildirir  ki,  peyğəmbər  özündən  sonra  mütləq  canişin  təyin  edib. 

Gələn dərslərdə (6-cı dərsdə) bu məsələyə dair İslam hədislərini   də misal gətirəcəyik. Bu 

hədislər peyğəmbərin ömr boyu bu məsələdən xəbərsiz olmadığını vurğulayaraq bu işi bir 

az da açıqlayır. Baxmayaraq ki, peyğəmbərin vəfatından sonra bəzi siyasi qüvvələr camaata 

peyğəmbərin  canişin  təyin  etmədiyini  təlqin  edirdilər.  Heç  inanmaq  olarmı  ki,  bəzi 

müharibələrdə  Mədinə  şəhərindən  bir  neçə  günlük  kənara  çıxmaq  istəyən  peyğəmbər  öz 

yerində  canişin  qoyur,  lakin  ölümündən  sonra  bir  nəfər  canişin  təyin  etmir?  Yəni, 

peyğəmbər(s) camaatı ixtilaflar arasında başsız qoyur, İslamı gələcəkdə tam şəkildə təmin 

etmək üçün tövsiyələr etmir? Yenicə yaranmış İslam üçün canişin təyin etməmək şübhəsiz 

ki, onun böyük təhlükələrlə üzləşdirər. Ağıl, düşüncə belə hökm edir ki, İslam peyğəmbəri 

tərəfindən  bu  iş  (canişin  təyin  etməmək)  qeyri-mümkündür.  «Peyğəmbər  bu  işi  camaatın 

öhdəsinə  qoymuşdur»  deyənlər  heç  olmasa,  peyğəmbərin  dilindən  bir  sənəd  göstəsinlər. 

Təəsüflər olsun ki, bu şəxslərin heç bir sənəd, sübutları yoxdur.

3.İcma və şura

Fərz edək ki, peyğəmbər bu mühüm işi həyata keçirməmiş və özündən sonra canişin 

təyin etməmişdir. Eyni zamanda, müsəlmanlar özlərinə xəlifə təyin etməlidirlər. Bildiyimiz 

kimi,  «icma»  bütün  müsəlmanların  toplanmasına  deyilir.  Ancaq  birinci  xəlifənin 

seçilməsində  bu  cür  icma  toplanmamışdı.  Təkcə  Mədinə  şəhərində  olan  bir  neçə  səhabə 

yığışıb  Əbu-Bəkri  xəlifə  seçmişdilər  və  digər  müsəlman  şəhərlərinin,  eləcə  də  Mədinənin 

özündə  Həzrət  Əli(ə)  və  Bəni  Haşim  qəbiləsinin  böyük  bir  dəstəsi  bu  icmada  iştirak 

etməmişdilər. Buna əsasən, bu icmanı və onda alınan qərarı qəbul etmək olmaz. Yenə fərz 

edək  ki,  bu  icma  düzgün  olub,  bəs  nə  üçün  birinci  xəlifədən  sonra  yeni  xəlifə  təyin  etmək 

üçün icma qurulmadı? Nə üçün birinci xəlifənin özü ikinci xəlifəni təyin etdi? Əgər bu işi bir 

nəfər görə bilərsə, onda peyğəmbərin səlahiyyəti hamıdan çoxdur.




61

Bir az irəli getdikdə daha bir müşküllə üzləşirik. O da üçüncü xəlifənin seçilməsidir. Nə 

üçün  ikinci  xəlifə  camaatın  və  birinci  xəlifənin  qoyduğu  qanunu  pozdu?  Yəni,  nə  icmaya 

əsaslandı, nə də özü şəxsən üçüncü xəlifəni təyin etdi. O üçüncü xəlifəni təyin etmək üçün 

altı  nəfərdən  ibarət  şuranın  qurulmasını  tövsiyə  etdi.  Əgər  bu  şura  düzgündürsə,  bəs  nə 

üçün altı nəfərdən olmalıdır? Nə üçün altı nəfərin arasında üç nəfərin rəyi kifayət etməlidir?

Bunlar  İslam  tarixində  tədqiqatçılar  üçün  irələ  çıxan  suallardır.  Onların  cavabsız 

qalması isə imamın, xəlifənin təyin edilməsinin camaatın öhdəsində olmadığına sübutdur.

4.Əli(ə) hamıdan ləyaqətli və səlahiyyətli idi.

Yenə  təsəvvür  edək  ki,  peyğəmbər  özünə  canişin  təyin  etməmiş  və  bu  iş  camaatın 

ixtiyarında  olmuşdur.  Bəs  xəlifə  təyin  edən  zaman  insanların  ən  elmlisini,  təqvalısını, 

şücaətlisini və bir çox xüsusiyyətləri ilə başqalarından fərqlənən şəxsi kənara qoyub ondan 

aşağı səviyyədə olanı xəlifə təyin etmək düzgündürmü?

İslam  alimlərinin  əksəriyyəti,  o  cümlədən  sünni  alimlərinin  bir  çoxu  Həzrət  Əli(ə)-ın 

İslam  məsələlərindən  hamıdan  yaxşı  agah  olduğunu  yazmışlar.  Ondan  söylənilmiş  rəvayət 

və əsərlər bu iddiaya canlı şahiddirlər. İslam tarixi deyir ki, o, bütün müşkül və çətinliklərdə 

müsəlmanların  arxası  olmuşdur.  Hətta  birinci,  ikinci  və  üçüncü  xəlifələr  özləri  onlardan 

çətin  məsələlər  barədə  soruşulduqda  Həzrət  Əli(ə)-a  müraciət  edərdilər.  Onun  təqvası, 

şücaəti, elmi və digər xüsusiyyətləri   hamıdan çox idi. Əgər camaat xəlifə seçmək istəyirsə, 

xilafət məqamına hamıdan çox Əlinin səlahiyyəti var. (Bu bəhslər barədə söhbətlər həddən 

artıq çoxdur. Onları bu kitaba sığışdırmaq mümkün deyil.)


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin