Щязряти Айятуллащцл-Цзма



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə118/180
tarix28.03.2022
ölçüsü0,8 Mb.
#54345
növüDərs
1   ...   114   115   116   117   118   119   120   121   ...   180
[kitabyurdu.org] usuliddin-50ders

1.Qədir-Xum hədisi

Tarixçilərin əksəriyyəti yazırlar ki, peyğəmbər(s) ömrünün son ilində həcc mərasimini 

yerinə  yetirmək  üçün  Məkkəyə  getmişdi.  Həcc  mərasimi  başa  çatdıqdan  sonra  peyğəmbər 



64

öz yeni və keçmiş səhabələri ilə birgə Məkkədən qayıdarkən Məkkə ilə Mədinə arasında olan 

Cüfrə  və  sonra  isti  və  quru  yer  olan  Qədir-Xum  çölünə  yetişdilər.  Bura  dörd  yol  ayrıcı 

olduğuna  görə,  müsəlmanlar  bir-birindən  ayrılmalı  idilər.  Onlar  bir-birindən  ayrılmamış 

peyğəmbər  bütün  müsəlmanların  dayanmasını  əmr  etdi.  İrəlidə  gedənlər  geriyə  qayıtdı, 

arxada qalanlar isə gəlib yetişdilər. Hava həddən artıq isti idi, heç bir kölgəlik gözə dəymirdi. 

Müsəlmanlar  günorta  namazını  peyğəmbərlə  birgə  qılıb,  hərə  öz  çadırına  dincəlməyə 

getmək istədikdə peyğəmbər onlara əmr etdi ki, dayansınlar. Görünür, çox mühüm bir xəbər 

var imiş və hamı bu xəbəri dinləməli imiş.

Peyğəmbər  üçün  dəvələrin  kəcavəsindən  bir  minbər  hazırlandı.  Peyğəmbər  minbərə 

çıxıb  Allaha  həmd-səna  etdikdən  sonra  üzünü  camaata  tutub  dedi:  «Mən  tezliklə  sizin 

aranızdan  gedəcəyəm.  Mən  də  məsuliyyət  daşıyıram,  siz  də.  Siz  mənim  barəmdə  necə 

şəhadət verirsiniz? (Məni necə tanıyırsınız)» Camaat uca səslə dedi: «Biz şəhadət veririk ki, 

sən  öz  peyğəmbərlik  vəzifəni  lazımınca  yerinə  yetirdin.  Bizlərə  yalnız  xeyirli  nəsihətlər 

etdin  və  bizim  düz  yola  gəlməyimiz  üçün  əlindən  gələni  əsirgəmədin.  Allah  sənə  xeyir 

versin.» Peyğəmbər buyurdu: «Siz Allahın təkliyinə, mənim peyğəmbər olmağıma, qiyamət 

gününə  və  o  gün  ölülərin  diriləcəyinə  şəhadət  verirsinizmi?  (Bunları  qəbul  edirsinizmi)» 

Müsəlmanlar hamısı bir ağızdan «Bəli, şəhadət veririk» dedilər. Peyğəmbər buyurdu: «İlahi! 

Şahid ol (ki, bunlar şəhadət verdilər). Sonra peyğəmbər buyurdu: «Ey camaat! Mənim səsimi 

eşidirsinizmi?»

Camaat dedi: «Bəli.»

Səhranı  sükut  bürümüşdü.  Səhranın  isti  küləyindən  başqa  heç  nə  eşidilmirdi. 

Peyğəmbər sözünə davam edib dedi: «Deyin, görüm, məndən sonra sizin aranızda əmanət 

qoyduğum  bu  iki  şeylə  necə  rəftar  edəcəksiniz?»  Bir  nəfər  yerdən  uca  səslə  qışqırıb  dedi: 

«Ey Allahın rəsulu! Hansı iki şeyi deyirsən?» Peyğəmbər buyurdu: «Biri Quran, ikincisi isə 

Əhli-Beytimdir.  Bunlardan  əl  çəkməyin.  Allah  mənə  xəbər  vermişdi  ki,  bu  iki  şey  Behiştdə 

mənimlə  birləşənə  qədər  heç  vaxt  bir-birindən  ayrılmaz.  Bu  iki  şeydən  qabağa  keçməyin, 

geri qalmayın, yoxsa həlak olarsınız.» Bu zaman peyğəmbər(s) öz ətrafına göz gəzdirirdi. Elə 

bil, kimisə axtarırdı. Gözü Əli(ə)-a sataşdıqda əyilib onun əlini tutub o qədər qaldırdı ki, hər 

ikisinin  qoltuğunun  altı  göründü.  Camaat  hamısı  Əli(ə)-ı  görüb  tanıdı.  Peyğəmbər  səsini 

ucaldıb dedi: «Ey camaat! Sizə özünüzdən də yaxın və mehriban kimdir?» Camaat «Allah və 

onun  Rəsulu  daha  yaxşı  bilər»  deyə  cavab  verdi.  Peyğəmbər(s)  buyurdu:  «Allah  mənim 




Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin