Щязряти Айятуллащцл-Цзма


kişi və qadınların rəhbəri oldun.»



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə121/180
tarix28.03.2022
ölçüsü0,8 Mb.
#54345
növüDərs
1   ...   117   118   119   120   121   122   123   124   ...   180
[kitabyurdu.org] usuliddin-50ders

kişi və qadınların rəhbəri oldun.»

Bu  hədisi  bir  çox  İslam  alimləri  müxtəlif  ifadələrlə  öz  kitablarında  qeyd  etmişlər.  Bu 

hədisin  peyğəmbərdən  söylənilməsin  heç kimin şəkk-şübhəsi  yoxdur.  Bu hədisi  mühəqqiq 

Əllamə  Əmini  Əl-Qədir  kitabında  110  səhabədən  və  360  kitab  və  İslam  alimlərindən  nəql 

etmişdir. Sünni alimlərinin tarix, təfsir, hədis kitablarında da bu hədis söylənilmişdir. Hətta 

bəzi alimlər bu hədis haqqında ayrıca kitab yazmışlar. O cümlədən, Əllamə Əmini Qədir-Xum 

hədisi barədə ayrıca bir kitab yazmış və həmin kitabda İslam alimlərinin adları çəkilmişdir.

Bu  hədisin  doğruluğunu  inkar  edə  bilməyən  bəzi  şəxslər  onu  imamət  məsələsindən 

başqa məsələyə aid etməyə cəhd göstərmişlər. Buna görə də, hədisdə olan «mövla» sözünü 

rəhbər mənasına yox, dost mənasında tərcümə və təfsir etmişlər. Lakin hədisin məzmununa 

nəzər  saldıqda,  eləcə  də  hədisin  söylənildiyi  zaman  və  məkan  şəraitinə  diqqət  yetirdikdə 

məlum  olur  ki,  «mövla»  sözü  imam  və  rəhbərdən  başqa  bir  şey  deyildir.  Bunun  üçün  bir 

neçə sübut da gətirmək olar:

A)Keçən  dərsdə  oxuduğumuz  «Təbliğ»  ayəsi  bu  hadisədən  qabaq  nazil  olmuşdur  və 

söhbətin  adi  dostluqdan  getmədiyinə  şahiddir.  Çünki  bunun  üçün  narahatlıq  lazım  deyil. 

(Peyğəmbər  isə  çox  narahat  idi.  Deməli,  söhbət  dostluqdan  getmir.)  Digər  tərəfdən  də 

«Əlyəvmə əkməltu ləkum dinəkum və...» ayəsinin bu hadisədən sonra nazil olması bir daha 

sübut edir ki, məsələ dostluq məsələsi yox, imamət kimi çox mühüm bir məsələ imiş.

B)Hədisdən qabaq olan hazırlıqlar, qızmar günəş altında isti səhrada camaatı saxlayıb 

geniş bir xütbə oxumaq, camaatdan iqrar və etiraf almaq hamısı bizim iddianı isbat edir.

V)Müxtəlif dəstələr və şəxslərdən Əli(ə)-ın ünvanına söylənən təbriklər, yazılan şerlər 

isbat edir ki, Əli(ə) imamət məqamına nail olmuşdur.




Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin