«Mənzilət» hədisinin əhatə dairəsi
Əgər bu hədisi heç bir məzhəbi nəzərə almadan, tərəfkeşlik etmədən araşdırsaq,
məlum olacaq ki, Əli(ə) Bəni-İsrail içində Harunun Musaya olan nisbətinin, məqamının və
xüsusiyyətlərinin hamısına malikdir. Çünki hədisdə heç bir qeyd, şərt yoxdur. Buna əsasən,
bu hədisdən aşağıdakı nəticələri çıxarmaq olar:
1)Əli(ə) peyğəmbərdən sonra ümmətin ən fəzilətli şəxsiyyətidir. (Çünki Harun da bu
xüsusiyyətə malik idi.)
2)Əli(ə) peyğəmbərin vəziri, xüsusi müavini və rəhbərlik işlərində şərikidir. Çünki bu
xüsusiyyətlərin hamısı Harun üçün Quranda (Ta-Ha surəsinin 29-cu ayəsindən 32-ci ayəsinə
qədər) qeyd olunmuşdur. Deməli, Əli(ə)-da bu xüsusiyyətlərə malikdir.
3)Əli peyğəmbərin canişini olmuşdur. O olan yerdə daha başqa bir şəxs xəlifə ola
bilməz. Necə ki, Harun Musanın canişini olmuş və o sağ olan müddətdə başqa bir şəxs
Musanın yerinə xəlifə olmamışdır.
Dostları ilə paylaş: |