aranızda mənim qardaş və canişinimdir. Ona qulaq asın və ona tabe olun.» Peyğəmbərin
qohumları isə bununla razılaşmamaqla kifayətlənməyib, üstəlik ona qarşı çıxmağa
başladılar. Yəumud-dar (evə dəvət günü) adı ilə məşhur olmuş bu hədis hər şeyi açıb
söyləyir. Sənəd cəhətdən bir çox sünni alimləri, o cümlədən, İbn Əbi Cərir, İbn Əbi Hatəm,
İbn Murdəviyə, Əbu Nəim, Bəyhəqi, Sələbi, Təbəri, İbn Əsir, Əbulfida və bir çoxları bu hədisi
qeyd etmişlər.
Bu hədisi qəsdi-qərəzsiz nəzərdən keçirdiyiniz zaman, Əli(ə)-ın imamət və xilafəti
bizim üçün aşkar olur. Çünki bu hədis hər şeyi açıq-aşkar bəyan etmişdir.
Dostları ilə paylaş: |