56
«İmam» sözü, adından məlum olduğu kimi, müsəlmanların rəhbər, başçı və liderinə
deyilir. Şiə əqidəsinə görə məsum imam o şəxsə deyilir ki, o, hər cəhətdən Peyğəmbər(s)-in
canişinidir. Peyğəmbərlərlə imanın təkcə bir fərqi var ki, peyğəmbər yeni şəriət və din
gətirmiş, imam isə həmin şəriətin gözətçisidir. Peyğəmbərə vəhy nazil olur, imama isə vəhy
nazil olmur. İmam öz təlimatını peyğəmbərdən alır və böyük elmə malikdir.
Şiələrin nəzərincə, məsum imam İslama rəhbərlik etməklə yanaşı, müsəlmanların
maddi və mənəvi, zahiri və batini, bir sözlə, bütün cəhətlərdən rəhbəri və başçısıdır. İslam
qayda-qanunlarını qoruyub saxlamaq onun borcudur və o, Allahın seçilmiş bəndəsidir.
Sünni qardaşlar isə, imaməti bu cür şərh etmirlər. Onların fikrincə imamət təkcə islami
hökumətə başçılıq etmək deməkdir. Başqa sözlə desək, xəlifələri (hər hansı xəlifə olursa,
olsun) hansı zamanda olursa, olsun, müsəlmanların rəhbəri və peyğəmbərin canişini bilirlər.
Gələn dərslərdə isbat edəcəyik ki, hər zaman yer üzündə məsum bir peyğəmbər və ya
imam olmalıdır. Belələklə də o, dini qoruyaraq haqqı tələb edənlərə başçılıq edəcək. Əgər bir
zaman gözlərdən qeyb olsa, bu da Allahın məsləhəti ilədir. Belə bir zamanda isə din alimləri
onun işini öz öhdələrinə götürüb onun ardıcılları olurlar.
Dostları ilə paylaş: