2.Mühüm bir sual
Quranda hidayə və zəlalətin yalnız Allahın əlində olduğuna işarə edən ayələrlə
rastlaşırıq.
Məsələn, «İbrahim» surəsinin 4-cü ayəsində deylilir: «Allah kimi istəsə hidayət edər,
kimi də istəsə yolundan azdırar. O, yenilməz qüdrət və hikmət sahibidir.»
Bəzi insanlar Quranın digər ayələrini nəzərə almamaqla belə sual verirlər ki, əgər
insanı hidayət edən, yaxud yolundan azdıran Allahdırsa, bəs onda insanların nə günahı var?
Lakin diqqəti cəlb edən budur ki, Quran ayələrini bir-biri ilə əlaqələndirib onun əsl, həqiqi
mənasını ələ gətirmək lazımdır. Biz indi hidayət və zəlalət barədə olan ayələrin bir neçəsini
sizin nəzərinizə çatdırırıq. Bu ayələri yuxarıda deyilən ayə ilə müqayisə edib lazımi nəticəyə
gələ bilərsiniz.
Dostları ilə paylaş: |