Məcburiyyət və ixtiyar barədə sonuncu məsələ budur ki, məcburiyyət əqidəsində olan
insanlar özlərini paklığa çıxarmaq üçün bəhanə kimi Allahın onların günah etmələrinə səbəb
olan əbədi elmini göstərirlər. Onlar deyirlər ki, Allah filan şəxsin filan vaxda filan günahı
33
Əgər cavab versək ki, yox, bu Allahın elmi ilə uyğun gəlmir. (Çünki Allah hər şeyi bilir.)
Əgər desək ki, bəli bilirdi, deyəcəklər ki, onda mütləq o şəxs həmin günahı etməlidir. Yoxsa,
Allahın elmi düz çıxmaz.
Deməli, Allahın elminin düzgün çıxması üçün bütün günahkarlar günahları, möminlər
isə itaətlərini etməyə məcburdurlar.
Onlar özlərini sudan quru çıxarmaq üçün bu bəhanəyə əl atmışlar, ancaq bir şeyi
nəzərə almayıblar ki, Allah filan şəxsin filan günahı edəcəyini bilsə də, bu, günahkar öz
günahında məcburdur mənasına gəlməz. Allah bilir ki, filan şəxs filan günahı mömin də
itaətini öz ixtiyar və iradəsi ilə görəcəkdir. Yəni, Allah bu işləri (günah və itaət edəcəyimizi)
bizim öz ixtiyarımızla görəcəyimizi bilir. Əgər məcbur olsaq, onda Allahın elmi düzgün
çıxmaz. (Deməli, Allahın elminin düzgün çıxması üçün tək çarəmiz insanın iradəcə azad və
ixtiyar sahibi olduğunu etiraf etməkdir.) (Diqqət edin).
Bu məsələni aşkar bir misalla daha da açıqlayaq. Fərz edin ki, bir sinifdə tənbəl bir
şagird var. Sinfin müəllimi topladığı təcrübə nəticəsində bilir ki, həmin şagird imtahanı verə
bilməyəcək. Buna yəqini də var ki, o, sinifdə qalacaq. İmtahan zamanı çatdıqda həmin şagird
imtahanı verə bilmir və sinifdə qalır. İndi həmin şagird deyə bilərmi ki, ey müəllim, sənin
mənim imtahanı verə bilməyəcəyim haqdakı biliyin məni imtahandan kəsilməyə məcbur
etdi? Yaxud məsum bir şəxs filan cinayətin baş verəcəyini bilir. Cinayət baş verdikdə cani
məsuma deyə bilərmi ki, sənin elmin məni cinayət törətməyə məcbur etdi? Və ya baş
verəcək hadisələr haqqında bir az qabaqcadan xəbərdarlıq edən cihazlar barədə hadisə baş
verdikdən sonra deyə bilərikmi ki, bu cihazlar bu hadisənin baş verməsinə səbəb oldu?
Deməli, belə nəticəyə gəlirik ki, Allahın elmi heç kəsi öz işində məcbur etmir.
Dostları ilə paylaş: