Щязряти Айятуллащцл-Цзма


aşkarda  olsun,  istər  gizlin,  heç  bir  vaxt  ilahi  bir  rəhbərsiz  olmayıb  (və  olmayacaq)



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə102/180
tarix28.03.2022
ölçüsü0,8 Mb.
#54345
növüDərs
1   ...   98   99   100   101   102   103   104   105   ...   180
[kitabyurdu.org] usuliddin-50ders

aşkarda  olsun,  istər  gizlin,  heç  bir  vaxt  ilahi  bir  rəhbərsiz  olmayıb  (və  olmayacaq). 

Bununla  da,Allahın  aşkar  dəlil  və  sübutlarının  (şəriətinin)  aradan  çıxmasının  qarşısı 

alınır.»  (Nəhcül-bəlağə,  qısa  sözlər,  147-ci  cümlə).  Bu  baxımdan  imamın  qəlbi   içində 

sənədlər  saxlanan  etibarlı  sandığa  bənzəyir.  Bu  yolla  bu  sənədlər   həmişə  olduğu  kimi 

qalır.Bu da imamın mövcudluğunun fəlsəfəsindən biridir.

3) Ümmətə  siyasi-ictimai rəhbərlik

Şübhəsiz ki, heç bir dəstə ictimai nizam- intizam və başda qüdrətli bir rəhbər olmadan 

öz ehtiyacını ödəyə bilməz. Elə buna görə də, qədim zamanlardan indiyədək bütün millətlər 

özlərinə rəhbər təyin etmişlər. Bu rəhbərlər bəzən saleh və xeyirxah insanlar, əksər hallarda  

isə  xudbin  və  ləyaqətsiz  şəxslər  olmuşlar.  Tarix   dəfələrlə  göstərmişdir  ki,  Müaviyə,  Yezid 

kimi  zalım  şəxsiyyətlər  camaatın  rəhbərə  olan  ehtiyacından  istifadə  edərək  özlərini  güclə 

camaata rəhbər etmişlər. Bu, işin yalnız bir tərəfidir. Digər tərəfdən, insan özünün mənəvi 

təkamül hədəfinə nail olmaq üçün bu yolu tək başına yox, camaatla birgə getməlidir. Çünki 

bir  nəfərin  fikri,  cismi,  maddi  və  mənəvi  qüvvəsi  camaatın  qüvvəsindən  dəfələrlə  azdır. 

(Cəsarətlə demək olar ki, bir nəfərin qüvvəsi cəmiyyətin qüvvəsinin yanında heçdir.) Buna 

görə,  cəmiyyətə  düzgün  nizam-intizam  hakim  olmalıdır.  Bu  hakimiyyət  haqsızlıqlarla 

mübarizə,  bütün  camaatın  hüququna  riayət,  mühitdə  bu  hədəfə  yetişmək  üçün  cəmiyyəti 

səfərbər etməli və böyük hədəflərə nail olmaq üçün proqramlar hazırlamalıdır.




Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin