Щязряти Айятуллащцл-Цзма


)Höccətin tamamlanmasına olan ehtiyac



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə103/180
tarix28.03.2022
ölçüsü0,8 Mb.
#54345
növüDərs
1   ...   99   100   101   102   103   104   105   106   ...   180
[kitabyurdu.org] usuliddin-50ders

4)Höccətin tamamlanmasına olan ehtiyac.

İmamın  mövcudluğu  onun  ətrafındakı  möminlərin  ondan  bəhrələnməsi  və  öz 

hədəflərinə  çatmaları  üçün  ondan  istifadə  etmələrindən  əlavə,  onların  əksinə  hərəkət 

edənlərə höccəti tamamlayır. Bu yolla onlara verilən əzab vədləri sübutsuz olmur və bəhanə 

üçün heç bir yer qalmır. Bir sözlə, imamın mövcudluğu haqq dəlillərini kifayət qədər bəyan 

edir, xəbərsizləri xəbərdar edir, xəbərdarlara isə xatircəmlik verir.



5)İmam Allah lütfünün böyük vasitəçisidir 

Alimlərin  bir  çoxu  (hədislərdən  istifadə  edərək)  insanlar  arasında  peyğəmbər  və 

imamın yerini insan bədənində ürəyin yerinə bənzədirlər. Bildiyimiz kimi, ürək döyündükdə 

bütün  damarlara  qan  ötürərək  bütün  hüceyrələri  qidalandırır.  Məsum  imamın  insanların 

başçısı  olub  Allah  lütfünün  nazil  olmasına  səbəb  olduğunu,  eləcə  də  hər  bir  insanın  bu 

vasitəçi ilə əlaqədə olub öz lütfünü mənimsədiyini nəzərə alaraq bu nəticəyə gəlmək olar ki, 

ürək insan vücuduna lazım olduğu kimi, imam da  insanlara lazımdır. (Diqqətli olun.)

Bunu  da  bilin  ki,  peyğəmbər  və  imamın  özünün  heç  bir  şeyi  yoxdur  ki,  camaata 

versinlər,  hər  nələri  varsa,  hamısı  Allahındır.  Necə  ki,  qəlb  Allah  lütfünün  bədən  üçün 

vasitəçisidir, eləcə də peyğəmbər və imam insanlar üçün Allah lütfünün vasitəçisidirlər.




Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin