Fikirləşin və cavab verin.
1.Nə üçün camaat xəlifə təyin edə bilməz?
2.Əgər məntiqlə fikirləşsək, peyğəmbər özünə canişin təyin edib ya yox?
3.İlk üç xəlifə necə təyin olunmuşdur?
4.Bu üç xəlifənin seçilməsi elmi və İslami qanunlara uyğun olmuşdurmu?
5.Nəyə görə Əli(ə) hamıdan ləyaqətli və səlahiyyətli idi?
V dərs
Quran və imamət
Quran, bu böyük səmavi kitab hər şeyi aydın şəkildə açıqlamış, hətta imamət
məsələsindən də yan keçməmişdir. Bu məsələni müxtəlif yöndən araşdırmışdır.
1.Quran imaməti Allah tərəfindən hesab edir
Ötən dərslərdə dediyimiz kimi, Quran İbrahim peyğəmbərin imamət məqamına
nübuvvət məqamına çatdıqdan və bir sıra çətin sınaqlardan keçdikdən sonra yetişdiyini
bildirir. Bu məsələ Bəqərə surəsinin 124-cü ayəsində açıqlanmışdır: «İbrahimi öz Rəbbi bir
Dostları ilə paylaş: |