Щязряти Айятуллащцл-Цзма


Ümmət peyğəmbərə canişin təyin edə bilərmi?



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə109/180
tarix28.03.2022
ölçüsü0,8 Mb.
#54345
növüDərs
1   ...   105   106   107   108   109   110   111   112   ...   180
[kitabyurdu.org] usuliddin-50ders

1.Ümmət peyğəmbərə canişin təyin edə bilərmi?

Bu sualın cavabı bir o qədər də çətin deyil. Əgər imamət (xilafət) müsəlmanların zahiri 

rəhbərliyini öhdəyə götürməkdirsə, onda bu işdə camaatın bu rəyi böyük rol oynayır. Yox, 

əgər imaməti ötən dərslərdə şərh etdiyimiz və Qurandan əldə etdiyimiz mənaya gətirsək, bu 

təqdirdə  imamı,  xəlifəni  yalnız  Allah,  ya  da  peyğəmbər  (o  da  Allahın  vəhyi  ilə)  təyin  edə 

bilər. Çünki imamın bu mənasında sonsuz elmə malik olmaq şərt olunmuşdu. Bu elm səmavi 

mənbədən  nəşələnməlidir,  Peyğəmbərin  elminə  arxalanaraq  İslamı  qorumalıdır.  Yaxud 

imamın şərtlərindən biri məsumluqdur. Yəni, heç vaxt səhv və günaha yol verməməlidir. O, 

yalnız  məsum  olmaqla  camaatın  zahiri,  batini,  maddi  və  mənəvi  rəhbərliyini  öhdəsinə 

götürə  bilər.  Eləcə  də  məqama  nail  olmaq  üçün  təqva,  şücaət  və  s.  şərt  olunmuşdur.  Bu 




60

şərtləri bilmək yalnız Allah və peyğəmbərin əlindədir. Kimin məsum olub-olmadığını yalnız 

Allah bilər, kimin sonsuz elmə, təqvəya, şücaətə malik olduğunu yalnız o bilər.

İmamət  və  xilafəti  yalnız  «zahiri  rəhbərlik»  mənasında  şərh  edən  şəxslər  imamətin 

Qurandakı mənasını dəyişmiş və onun geniş dairəsini məhdudlaşdırmışlar. İmamın şərait və 

xüsusiyyətlərini  tam  şəkildə  yalnız  Allah  tanıya  bilər.  Bu  xüsusiyyətlərdən  xəbərdar  olan 

yalnız odur.

Peyğəmbərin  Allah  tərəfindən  seçildiyi  və  camaatın  fikrinin  bu  işdə  heç  bir  rol 

oynamadığı kimi, imamın seçilməsi də bu cürdür. Peyğəmbər üçün lazım olan xüsusiyyətləri 

Allahdan başqa heç kimin bilmədiyi kimi, imamında xüsusiyyətlərini ondan başqa heç kim 

bilmir.


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin