Allah kafir camaatı düz yola yönəltməz.»
Bu ayənin ahəngindən başa anlaşılır söhbət peyğəmbərin boynunda olan ağır
məsuliyyətdən gedir. Özü də, peyğəmbərə nigarançılıq üz vermişdi. Bu məsuliyyət camaatın
bir dəstəsinin qarşı çıxmasına səbəb ola bilərdi. Buna görə də, ayədə bu məsuliyyət və
təbliğin camaata çatdırılması təkid olunmuş və peyğəmbərə nigarançılıqların müqabilində
xatircəmlik verilmişdir.
Bu mühüm məsələ yəqin ki, tövhidə, yəhudi və münafiqlərlə mübarizə aparmağa aid
deyil. Çünki o vaxt (Maidə surəsi nazil olan zaman) bu məsələlərin hamısı həll olunmuşdu.
İslamın sadə ehkamlarını camaata çatdırmaq üçün də bu qədər nigarançılıq lazım
deyil. Çünki ayənin zahirindən belə anlaşılır ki, bu məsuliyyət çox ağır və peyğəmbərliyə
bərabər olan bir məsuliyyət imiş. Əgər bu iş həyata keçməsəydi, peyğəmbərlik vəzifəsi naqis
və natamam qalardı. Bu məsələ peyğəmbərin özündən sonraya canişin təyin etmək
məsələsindən başqa bir şey ola bilərdimi? Özü də bu ayə peyğəmbərin ömrünün son
çağlarında nazil olmuşdur və peyğəmbərin risalətinin davamı olan canişinlik məsələsi ilə
uyğun gəlir. Bundan əlavə, bir çox səhabələrdən rəvayət olunmuş hədislərdə, o cümlədən
Zeyd ibn Ərqəm, Əbu-Səid Xidri, İbn Abbas, Cabir ibn Abdullah Ənsari, Əbu-Hüreyrə,
Hüzeyfə və İbn Məsuddan söylənilmiş hədislərdə, eləcə də sünni alimlərinin (təfsirçi, tarixçi
və hədis deyənlərin) söylədiyi hədislərdə gəlmişdir ki, bu ayə (Maidə surəsinin 67-ci ayəsi)
Həzrət Əli(ə) və Qədir-Xum hadisəsilə əlaqədar nazil olmuşdur. Qədir-Xum hadisəsini,
inşaallah, gələn dərsdə açıqlayacağıq. İndi isə qısaca olaraq deyirik: bu ayə açıq-aşkar
göstərir ki, peyğəmbərə ömrünün axırlarında son həccindən qayıdan zaman Əli(ə)-ı rəsmi
olaraq öz canişini təyin edib camaata bildirmək əmr olunmuşdu.
Dostları ilə paylaş: |