1-Qədir-Xum hadisəsini izah edin.
3-Nəyə görə Qədir-Xum hədisindəki «mövla» sözü dost mənasında yox, rəhbər və
Böyük şiə və sünni təfsirçilərinin bir çoxu «Mənzilət» hədisini «Əraf» surəsinin 142-ci
ayəsində söhbət olunan «Musanın 40 günlük Allah hüzuruna getməsi və qardaşı Harunun
onun yerində canişin olması» hadisəsinin əsnasında bəyan etmişlər.
«Mənzilət» hədisi belədir: «Peyğəmbər(s) Təbuk meydanına tərəf getmək istəyirdi.
Peyğəmbərə xəbər çatmışdı ki, Roma imperiyası Hicaz, Məkkə və Mədinəni tutmaq üçün
böyük bir qoşun hazırlayıb. Peyğəmbər(s) böyük bir qoşun hazırlayıb Təbuk məntəqəsinə
tərəf hərəkət etdi. Hərəkət etməzdən qabaq Əli(ə)-ı öz yerində canişin təyin edib Mədinədə
saxladı. Əli(ə) peyğəmbərə buyurdu:-Ya Rəsulallah! Məni burada uşaqlar və qadınların
yanında saxlayırsan? (İcazə vermirsən mən də sizinlə bu cihadda iştirak edib bu böyük
şərəfə nail olam?) Peyğəmbər buyurdu: «Sən razı deyilsənmi ki, sənin mənə olan nisbətin
Harunun Musaya olan nisbəti kimi olsun? Təkcə bir fərqi var ki, məndən sonra peyğəmbər
66
Bu hədis sünnilərin ən məşhur və tanınmış kitablarında yəni Müslim və Buxarinin
səhihlərində gəlmişdir. Eləcə də, sünnilərin bir çox hədis kitablarında, o cümlədən İbn
Macənin sünəni, Tirmizinin sünəni, Əhmədin müsnədi və s. kitablarda bu hədis
söylənilmişdir. Hədisi söyləyən səhabələrin sayı isə iyirmi nəfərdən artıqdır. Cabir ibn
Abdullah Ənsari, Əbu Səid Xidri, Abdullah ibn Məsud və Müaviyəni bunlara nümunə
gətirmək olar.
«Bağdadın tarixi» kitabının müəllifi Əbu Bəkr Bağdadi öz kitabında Ömər ibn
Xəttabdan belə rəvayət edir: «(Ömərin dilindən:)» Gördüm, bir kişi Əlini söyür. Ona dedim:
-Məncə, sən münafiqsən. Çünki mən peyğəmbərin Əliyə «sənin mənə nisbətin Harunun
Musaya olan nisbəti kimidir. Təkcə bir fərq var ki, məndən sonra peyğəmbər olmayacaq»
dediyini eşitmişəm.
Diqqəti cəlb edən budur ki, mötəbər hədis mənbələrində Peyğəmbərin bu sözü (hədisi)
təkcə Təbuk döyüşünə gedərkən demədiyi təsdiq olunur. O, bu hədisi yeddi müxtəlif yerdə
buyurmuşdur:
1)Məkkədə təzəcə iman gətirmiş müsəlmanlarla qardaşlıq siğəsi oxuduğu zaman Əlini
özünə qardaş etmiş və bu hədisi demişdir.
2)Mədinədə mühacir və ənsar arasında qardaşlıq əhd-peyman bağladığı zaman
peyğəmbər Əlini(ə) özünə qardaş etmiş və bu hədisi söyləmişdir.
3)Peyğəmbər məscidinə açılmış qapıların bağlanması əmrini verdikdə Əli(ə)-ın
qapısını istisna etmiş və bu hədisi buyurmuşdur.
4)Təbuk döyüşünə gedərkən bu hədisi söyləmişdir. Bu, daha üç yerdə də sünni
kitablarında gəlmişdir.
Deməli, hədisin sənədi cəhətdən şübhə yeri qalmır və onun mənasının ümumiyyəti də
öz yerindədir.
Dostları ilə paylaş: