kişi və qadınların rəhbəri oldun.»
Bu hədisi bir çox İslam alimləri müxtəlif ifadələrlə öz kitablarında qeyd etmişlər. Bu
hədisin peyğəmbərdən söylənilməsin heç kimin şəkk-şübhəsi yoxdur. Bu hədisi mühəqqiq
Əllamə Əmini Əl-Qədir kitabında 110 səhabədən və 360 kitab və İslam alimlərindən nəql
etmişdir. Sünni alimlərinin tarix, təfsir, hədis kitablarında da bu hədis söylənilmişdir. Hətta
bəzi alimlər bu hədis haqqında ayrıca kitab yazmışlar. O cümlədən, Əllamə Əmini Qədir-Xum
hədisi barədə ayrıca bir kitab yazmış və həmin kitabda İslam alimlərinin adları çəkilmişdir.
Bu hədisin doğruluğunu inkar edə bilməyən bəzi şəxslər onu imamət məsələsindən
başqa məsələyə aid etməyə cəhd göstərmişlər. Buna görə də, hədisdə olan «mövla» sözünü
rəhbər mənasına yox, dost mənasında tərcümə və təfsir etmişlər. Lakin hədisin məzmununa
nəzər saldıqda, eləcə də hədisin söylənildiyi zaman və məkan şəraitinə diqqət yetirdikdə
məlum olur ki, «mövla» sözü imam və rəhbərdən başqa bir şey deyildir. Bunun üçün bir
neçə sübut da gətirmək olar:
A)Keçən dərsdə oxuduğumuz «Təbliğ» ayəsi bu hadisədən qabaq nazil olmuşdur və
söhbətin adi dostluqdan getmədiyinə şahiddir. Çünki bunun üçün narahatlıq lazım deyil.
(Peyğəmbər isə çox narahat idi. Deməli, söhbət dostluqdan getmir.) Digər tərəfdən də
«Əlyəvmə əkməltu ləkum dinəkum və...» ayəsinin bu hadisədən sonra nazil olması bir daha
sübut edir ki, məsələ dostluq məsələsi yox, imamət kimi çox mühüm bir məsələ imiş.
B)Hədisdən qabaq olan hazırlıqlar, qızmar günəş altında isti səhrada camaatı saxlayıb
geniş bir xütbə oxumaq, camaatdan iqrar və etiraf almaq hamısı bizim iddianı isbat edir.
V)Müxtəlif dəstələr və şəxslərdən Əli(ə)-ın ünvanına söylənən təbriklər, yazılan şerlər
isbat edir ki, Əli(ə) imamət məqamına nail olmuşdur.
Dostları ilə paylaş: |