Щязряти Айятуллащцл-Цзма


(Ülul-əmr) «İxtiyar sahiblərinə itaət etmək» ayəsi



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə115/180
tarix28.03.2022
ölçüsü0,8 Mb.
#54345
növüDərs
1   ...   111   112   113   114   115   116   117   118   ...   180
[kitabyurdu.org] usuliddin-50ders

3.(Ülul-əmr) «İxtiyar sahiblərinə itaət etmək» ayəsi

«Nisa» surəsinin 59-cu ayəsində oxuyuruq: «Ey iman gətirənlər! Allaha, peyğəmbərə 



və özünüzdən olan ixtiyar sahiblərinə itaət edin.»

Bu  ayədə  ixtiyar  sahiblərinə  itaət  heç  bir  şərt  qeyd  olunmadan  Allah  və  peyğəmbərə 

itaət etməklə birgə deyilmişdir.

İxtiyar  sahibləri   dedikdə  hər  bir  zaman  müsəlmanlara  başçılıq  edən  xəlifələrmı 

anlaşılır? (Necə ki, bəzi sünni alimləri belə deyir.) Bu, heç bir məntiqə uyğun gəlmir. Çünki 

xəlifələrin bir çoxu hər hansı, zaman azğın, günahkar və zalım şəxslər olmuşlar. Bəlkə ixtiyar 

sahibləri  dedikdə  bütün  xəlifələr  başa  düşülməlidir?  Bu  şərtlə  ki,  hakimiyyətləri  şəriətin 

əksinə olmasın. Bu ehtimal da ayənin ümumiyyəti ilə uyğunlaşmır. Yoxsa, ixtiyar sahiblərin 

dedikdə  peyğəmbərin  bütün  səhabələri  nəzərdə  tutulur?  Bu  ehtimal  da  ayənin  hər  əsr  və 

zamana aid olan məfhumu ilə uyğun gəlmir.

Beləliklə,  məlum  olur  ki,  ixtiyar  sahiblər  dedikdə  məqsəd  hər  zaman  həyatda  olan 

məsum  rəhbərlərdir.  Onlara  itaət  etmək  vacibdir,  əmrlərinə  isə  Allahın  və  peyğəmbərin 

əmrləri kimi tabe olmaq lazımdır.

İslami  mənbələrdən  söylənilmiş  və  ixtiyar  sahibləri  dedikdə  Həzrət  Əli(ə)  və  digər 

məsum imamların nəzərdə tutulduğunu söyləyən hədislər də bu məsələyə şahiddirlər.



63


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin