4.(Vilayət) rəhbərlik ayəsi
«Maidə» surəsinin 55-ci ayəsində gəlmişdir: «Sizin hamınız, rəhbəriniz ancaq Allah,
Onun peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, (Allaha) boyun əyərək namaz qılır
və rüku halında sədəqə( zəkat) verirlər.
«Vilayət» kəlməsi «vəliyy» sözünün köküdür. Bu sözün verdiyi məna müsəlmanların
bir-biri ilə dostluğu deyil. Çünki bu dostluğun şərtə ehtiyacı yoxdur və bütün müsəlmanlar
bir-biri ilə dostdurlar. Hətta rüku halında zəkat verməsələr də, «vəliyy» sözü müsəlmanlara
maddi və mənəvi rəhbərlik etmə mənasına gəlir. Xüsusən, bu sözün Allah və peyğəmbərin
rəhbərliyi ilə birgə gəlməsi bu məsələni daha da aydınlaşdırır. Bu da məlumdur ki, bu ayədə
bəzi xüsusiyyət və nişanələrin qeyd olunması, namaz qılarkən rüku halında sədəqə (zəkat)
verən müəyyən bir şəxsə işarə edir. Vacib deyil ki, insan namazın rükusunda sədəqə versin.
Əslində bu bir nişanədir.
Bu nişanələrin hamısından belə məlum olur ki, bu ayə Həzrət Əli(ə)-ın əhvalıtına
işarədir. O əhvalat bu cür olub: Bir gün Həzrət Əli(ə) məsciddə namaz qılırdı. Bir dilənçi
məscidə girib kömək istədi. Lakin ona heç kim əl tutmadı. Bu vaxt namazın rükusunda
durmuş Həzrət Əli(ə) sağ əlinin kiçik barmağını dilənçiyə tərəf uzatdı. Dilənçi yaxınlaşıb
Həzrət Əli(ə)-ın barmağındakı qiymətli üzüyü çıxartdı. Peyğəmbər(s) gözucu bu hadisəni
müşahidə edirdi. Namazdan sonra üzünü göyə tutaraq buyurdu: «İlahi! Musa(ə) səndən
köksünün açılıb genişlənməsini, işinin yüngülləşməsini, sözünün yaxşı anlaşılması üçün
dilindən düyünün açılmasını və qardaşı Harunun ona vəzir, köməkçi olmasını dilədi. Mən
Məhəmməd(s) sənin seçilmiş peyğəmbərinəm. Mənim də köksümü genişlət, işlərimi asan et
və ailəmdən olan Əlini mənə vəzir və köməkçi et. Onunla məni möhkəm və qüvvətli et.»
Peyğəmbərin duası qurtarmamış Cəbrail nazil olub həmin ayəni gətirdi. Təəccüblü
budur ki, böyük sünni təfsirçilərinin əksəriyyəti, eləcə də tarixçi və hədis deyənləri bu
ayənin Həzrət Əli(ə) barədə nazil olduğunu yazmışlar. Peyğəmbərin səhabələrinin on
nəfərdən çoxu da bu ayənin Əli(ə) barədə nazil olduğunu şəxsən peyğəmbərin öz dilindən
söyləmişlər.
Rəhbərlik, imamət barədə ayə çoxdur. Biz isə təkcə bu dördə ayə ilə kifayətlənirik.
Dostları ilə paylaş: |