90
yeyənlərin yedikləri qarınlarında oda çevriləcək.» (Nisa, 10) «(Ya peyğəmbər!) Qiyamət
günü mömin kişi və qadınların iman nurunu onların önlərindən və sağ tərəflərindən axıb
şölə saçdığını görəcəksən.» (Hədid, 12) «Sələm yeyənlər qəbirlərindən ancaq cin vurmuş
(dəli) kimi qalxarlar.» (Bəqərə, 275) «Allah tərəfindən bəxş olunmuş mal-dövləti sərf
etməyə xəsislik edənlər heç də bunu özləri üçün xeyirli hesab etməsinlər. Xeyr, bu, onlar
üçün zərərlidir. Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır. (Belə
ki, heç hərəkət etmək iqtidarında olmayacaqlar.)» (Ali-İmran, 180)
Digər yaxşı və pis əməllər də hərəsi özünə münasib şəkildə aşkar olacaq.
Bilirik ki, bu gün elm bizə dünyada heç bir şeyin yox olmadığını sadəcə olaraq öz
surətini dəyişdiyini deyir. Maddə və enerji daima dəyişir. Bu iki şeydən xaric olmayan
insanın əməlləri bu sübuta əsasən dəyişməsinə baxmayaraq, əbədi olaraq qalır. Quran bu
məsələni kiçik, lakin mənalı bir ifadə ilə açıqlayır: «İnsanlar (dünyada) etdikləri bütün
əməllərin hazır durduğunu görəcəklər.» (Kəhf, 49). İnsanlar qiyamətdə öz əməllərinin
nəticəsini görəcəklər və heç kəsə əməlindən artıq (və ya əskik) zülm edilməyəcək. Necə ki,
Quran buyurur: «Rəbin heç kəsə haqsızlıq etməz.» (Kəhf, 49). Başqa bir ayədə əməllərin
qiyamətdəki hüzuru barədə deyilir: «O gün (qiyamət günü) insanlar əməllərinin özlərinə
göstərilməsi üçün (qəbirlərindən) dəstə-dəstə çıxacaqlar. Kim (dünyada) zərrə qədər yaxşı
iş görmüşdürsə, onun xeyrini görəcəkdir (mükafatını alacaqdır). Kim zərrə qədər pis iş
görmüşdürsə, onun zərərini görəcəkdir (cəzasını çəkəcəkdir)» (Zilzal 6, 8)
Bu ayələrdən məlum olur ki, insanın yaxşı və ya pis olmasından asılı olmayaraq,
böyüklü-kiçikli bütün əməlləri qeydə alınır. Qiyamətdə hamısı öz sahiblərinə təqdim
olunacaq. Buna görə də, pis əməllərdən uzaq, yaxşə əməllərin isə tərəfdarı olmaq lazımdır.
Təəccüblü budur ki, bu günkü dövrdə texnikanın inkişafı ilə əlaqədər olaraq bu işlərin
bir qismini (keçmiş əməlləri qoruyub saxlamağı) elə bu dünyada əks etdirən aparatlar
düzəldilmişdir. Alimlərdən biri deyir: «Bu günkü dövrdə iki min bundan qabaqkı Misir
dulusçularının səslərini özündə əks etdirən aparatlar düzəlmişdir. Misir muzeylərində iki il
bundan qabaq düzəldilmiş kuzələr indi də qorunub saxlanır. Bu kuzələrin düzəldilməsində
xüsusi çarxlardan istifadə olunmuşdur. Çarxların və ustaların səsi kuzələrə düşmüşdür və
indi təzəcə kəşf olmuş aparatların köməyi ilə həmin səsləri eşitmək olur. İnsan bu səsləri
asanlıqla eşidə bilər.»
Əməllərin hazır oluşunu nəzərə almaqla məad, günahkarların cəzalandırılması və
möminlərin mükafatla təltif olunması barədə meydana çıxan suallara cavab vermək olar.
Dostları ilə paylaş: