Щязряти Айятуллащцл-Цзма


onlar  heç  kimin  ağlına  belə  gəlməmişdir.»



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə173/180
tarix28.03.2022
ölçüsü0,8 Mb.
#54345
növüDərs
1   ...   169   170   171   172   173   174   175   176   ...   180
[kitabyurdu.org] usuliddin-50ders

onlar  heç  kimin  ağlına  belə  gəlməmişdir.»  Quran  da  bu  barədə  öz  sözünü  demişdir: 

«Etdikləri  əməllərin  mükafatı  olaraq  (Allah  dərgahında)  möminlər  üçün  göz  oxşayan 

(onları sevindirəcək) nə cür nemətlər gizlənib saxlandığını heç kəs bilməz.» (Səcdə, 17).

O dünyada olan qayda-qanun da bu dünyadakılardan  fərqlənir. Nümunə olaraq bunu 

demək  olar  ki,  qiyamət  məhkəməsindəki  şahidlər  insanın  öz  bədən  üzvləri,  hətta  günah, 

yaxud savab işlətdiyi yer olacaqdır. Quran ayəsini buna sübut gətirmək olar: «Bu gün onların 

ağızlarını möhürləyərik. Etdikləri əməllər barəsində onların əlləri Bizimlə danışar, ayaqları 

isə  şəhadət  verər.»  (Yasin,  65).  Başqa  bir  ayədə  deyilir:  «Onlar  öz  dərilərinə   «nə  üçün 

əleyhimizə şəhadət verirsiniz?»-deyəcəklər. Dəriləri də belə cavab verəcəkdir: Hər şeyi dilə 

gətirən Allah bizi danışdırdı.»

Düzdür, axirət aləminin nemətləri, eləcə də əzabları barədə geniş, ətraflı məlumatımız 

olmasa da, bilirik ki, oranın nemət və əzabları insanın həm cisminə, həm də ruhuna aiddir. 

Çünki  məadın  iki  cəhəti  var:  ruhani  və  cismani  cəhət.  Buna  görə,  nemət  və  əzablar  da  iki 

cəhətli olmalıdırlar. Quran, nemətlərin cismə aid olması barədə buyurur: «İman gətirən və 

yaxşı  işlər  görən  şəxslərə  müjdə  ver:  onlar  üçün  (ağacları)  altından  çaylar  axan  cənnətlər 

(bağlar) vardır. Onlar üçün orada hər cəhətdən pak olan zövcələr də var. Onlar orada əbədi 

olaraq  yaşayacaqlar.»  (Bəqərə,  25).  Mənəvi  və  ruhani  olan  nemətlər  barədə  isə  deyilir: 

«Allahdan  olan  bir  razılıq   isə  (cismə  aid  olan  nemətlərin  hamısından)  daha  böyükdür.» 

(Tövbə,  72).  Bəli,  Cənnətdəkilər  Allahın  onlardan  razı  qaldığını  hiss  etdikdə  elə  xoşhal 

olacaqlar  ki,  bunu  heç  bir  nemətlə  müqayisə  etmək  olmaz.  Cəhənnəm  əhlinin  də  cismani 

əzablarından əlavə, Allahın onlardan narazılığı hər əzabdan artıq olacaq. Şübhəsiz ki, bu da 

onların ruhunu həddən artıq əziyyətə salacaq.




Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin