Fikirləşin və cavab verin
1.Ruh haqqında İslam filosofları ilə bir sıra materialist filosofların nəzəriyyələri
arasında nə fərq var?
2.Ruhun müstəqilliyi haqqında gətirilmiş sübutlardan biri olan böyüyün kiçiyə uyğun
gəlməməsindən (böyük bir dünyanın kiçik bir mühitdə yerləşə bilməməsindən) nə anlaşılır.
3.Gipnoz haqqında nə bilirsiniz?
4.Ruhlarla əlaqədə olmaq dedikdə nə nəzərdə tutulur?
5.Yuxunun çin çıxması ruhun müstəqil və qeyri-maddi olduğuna sübut ola bilərmi?
IX dərs.
Cismani və ruhani məad
Məad haqqında verilən mühüm suallardan biri də məadın təkcə ruhani, yoxsa, həm
ruhani, həm də cismani olub-olmamasıdır. Yəni, qiyamətdə insanın təkcə ruhu qayıdacaq,
yoxsa ruhla bərabər cismi də qayıdacaq? Bu fərqlə ki, cisim daha da kamilləşəcək və öz
əbədi həyatını davam etdirəcək.
Keçmiş filosofların bir qismi məadın təkcə ruha aid olduğunu iddia etmiş və demişlər
ki, cisim yalnız bu dünyada insanladır. İnsan öldükdən sonra artıq onun cismə ehtiyacı
olmur, cismdən ayrılaraq ruhlar aləminə tələsir. Ancaq İslamın böyük alimlərinin, eləcə də,
filosofların bir qisminin əqidəsinə görə, məad hər ikisinə, həm ruha, həm də cismə aiddir.
Düzdür, öldükdən sonra bədən çürüyür və torpağa qarışır, torpaq da parçalanıb dağılır.
Lakin hər şeyi bilən və hər işə qadir olan Allah qiyamətdə onların hamısını bir yerə
toplayacaq, onların hamısına yeni həyat libası geyindirəcək və hər bədən öz sahibini
tapacaq. Bu, «cismani məad» adlanır. Ruhun qayıdacağına heç kimin şübhəsi olmadığı üçün,
heç kim ondan bəhs etmir və yalnız cismani məad haqqında müzakirələr irəli sürülür.
Quranda məad haqqında olan ayələr də (bu ayələr həddən artıq çoxdur) cismani
məada işarə edir.
Dostları ilə paylaş: |