Щязряти Айятуллащцл-Цзма


Ruhun müstəqilliyinin praktiki sübutları



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə168/180
tarix28.03.2022
ölçüsü0,8 Mb.
#54345
növüDərs
1   ...   164   165   166   167   168   169   170   171   ...   180
[kitabyurdu.org] usuliddin-50ders

3.Ruhun müstəqilliyinin praktiki sübutları

Xoşbəxtlikdən,  bu  gün  alimlər  ruhun  müstəqil  və  maddi  aləmindən  kənar  olduğunu 

müxtəlif  elmi  yollarla  sübut  etmiş  və  ruhun  maddi  aləmindən  kənar  olmadığını  iddia 

edənlərə qəti cavab vermişlər. Bu sübutları aşağıdakı tərtibdə qeyd edirik.

A)Bu  sübutlardan  biri  insanı  gipnoz  vasitəsilə  yatırtmaqdır.  Bunu  bir  çoxları 

görmüşdür. Ancaq bu işdən xəbərdar olmayanları bu barədə qısaca məlumatla tanış edirik.

Bəzi insanlar müxtəlif elmi yollarla başqalarını yatırda bilirlər. Təlqin və diqqətin cəlb 

edilməsi  yolu  ilə  insan  yuxuya  qərq  edilir.  Lakin  bu  yuxu  başqa  yuxulardan  fərqlənir.  Bu 

yuxuda yatırdan şəxs yatan şəxslə söhbət edə bilir. Gipnoz edən yatmış şəxsin ruhunu həmin 

vaxt müxtəlif yerlərə göndərə bilir və bəzən ruh yeni məsələlərlə tanışlıq tapır, adi vaxtlar 

bilmədiyini yatmış halda öyrənə bilir. Hətta həmin halda bilmədiyi və ömründə danışmadığı 

bir dildə söhbət edir, həddən artıq çətin olan riyazi məsələləri həll etməyə çalışır.

B).Ruhun müstəqil və maddi aləmdən kənar olduğuna dair gətirilmiş sübutlardan biri 

də  «spiritizm»  və  ya  sahibi  ölmüş  ruhlarla  əlaqədə  olmadır.  Hal-hazırda  dünyanın  bütün 

məntəqələrində ruhlarla əlaqədə olan çoxlu insanlar var. Görkəmli Misir alimi Frid Vecdinin 

dediyinə görə, hal-hazırda üç yüzə yaxın qəzet və jurnal ruhlarla əlaqədə olanlar tərəfindən 

nəşr  olunur.  Məşhur  şəxsiyyətlər  onların  iclas  və  yüığıncaqlarında  iştirak  edir,  onların 

qarşısında ruhlarla əlaqə yaranır və gözlənilməz işlər baş verir.

Bir sıra yalançı və ruhlarla əlaqədən heç bir xəbəri olmayan, lakin camaatı aldadaraq 

ruhlarla  əlaqədə  olduqlarını  bildirən  insanların  bu  yoldan  mənfi  istifadə  etmələrinə 

baxmayaraq,  bu  həqiqəti  danmaq  olmaz.  Yalançı  şəxslərin  bu  yoldan  pis  niyyətlə  istifadə 

etmələri,  bizi  bu  həqiqəti  danmağa  məcbur  etməməlidir.  Təhqiqatçılar  belə  bir  işin  baş 

verdiyini etiraf edirlər. Deməli, ruhlarla əlaqədə olmaq mümkün bir işdir.

Bunlar göstərir ki, ruh müstəqildir və insan öldükdən sonra o, itib batmır. Əksinə, ruh 

məad və ölümdən sonrakı həyata tərəf atılmış bir addımdır.

V).Ruhun  müstəqil  olması  haqqındakı  praktiki  və  təcrübi  sübutlardan  biri   də  yatan 

zaman   gördüyümüz yuxulardır. Yatdığımız zaman gördüyümüz yuxular, bəzi gizli və agah 

olmadığımız işlərin yuxuda üstünün açılması, gələcək hadisələri yuxuda görmə (yuxunun çin 

çıxması) və bu kimi işlər sübut edir ki, ruh müstəqildir.

Şübhəsiz ki, yuxunun çin çıxdığını siz də təcrübə görmüsünüz. Yuxuda gördüyünüz bir 

iş  müəyyən  müddət  sonra  (tez  və  ya  gec)  eynilə  gördüyünüz  kimi  həyata  keçir.  Buradan 

məlum  olur  ki,  ruh  maddi  deyil  və  insan  beyninin  fiziki  və  kimyəvi  xüsusiyyətlərindən 




87

kənardadır. Ruh təbiətin fövqündə olan və öldükdən sonra itib batmayan bir varlıqdır. Bu 

mövzu məad və ölümdən sonrakı aləmi isbat etmək üçün bir yoldur.


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin