İnsan bədənində bir sıra fiziki və kimyəvi xüsusiyyətlər vardır. Məsələn, ürək və
mədənin hərəkətləri fiziki, yemək tikələrinin üzərinə daman öd damcıları isə kimyəvi
xüsusiyyətlərə malikdirlər. Bu cür xüsusiyyətlər insan bədənində çoxdur. Əgər ruh, fikir və
86
düşüncə və maddidirsə, bəs, onda nə üçün onlarla başqa cismani xüsusiyyətlər arasında
böyük fərq var? Ruh, düşüncə və fikir insanı xarici mühitlə əlaqədə saxlayır və bizdən
kənarda baş verən hadisələrdən bizi xəbərdar edir. Lakin bədənin fiziki və kimyəvi
xüsusiyyətləri belə deyildir. Başqa sözlə, biz asanlıqla hiss edirik ki, vücudumuzdan
kənardakı aləmlə əlaqədəyik. Onda baş verən hadisələrdən xəbərdarıq. Məgər bizdən
kənardakı aləm bizim içimizəmi girir və biz bu yollamı ondan xəbərdar oluruq? Yəqin ki,
«xeyr» cavab verəcəksiniz. Bəs, bunun sirri nədir? Bizdən xaricdəki aləmin surəti bizim
zehnimizdə canlanır və biz də ruhun «xarici özündə əks etdirmə» xüsusiyyəti vasitəsi ilə
xariclə əlaqədə oluruq. Bu xüsusiyyətə bədənin kimyəvi və fiziki xüsusiyyət və qüvvələrinin
heç biri malik deyil (Diqqət edin.) Yenə başqa sözlə desək, xarici varlıqlardan xəbərdar
olmaq üçün onları əhatə etmək lazımdır. Bu əhatə üçün beyin sistemi digər bədən üzvləri
kimi xaricdən yalnız təsir ala bilər.
İnsanın bədənindəki xüsusiyyətlərin bu fərqindən məlum olur ki, bədənin fiziki və
kimyəvi xüsusiyyətlərdən əlavə başqa bir xüsusiyyəti də vardır. Bu xüsusiyyət insanı xariclə
əlaqədə saxlayır. Bu xüsusiyyət ruhdan başqa heç bir şey deyildir. Elə bir ruh ki, maddi
aləmdən kənardır.
Dostları ilə paylaş: