Щязряти Айятуллащцл-Цзма


Cismani məad haqqında suallar



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə171/180
tarix28.03.2022
ölçüsü0,8 Mb.
#54345
növüDərs
1   ...   167   168   169   170   171   172   173   174   ...   180
[kitabyurdu.org] usuliddin-50ders

Cismani məad haqqında suallar

Alimlər cismani məad haqqında bir sıra suallar  irəli sürmüşlər. (Əlbəttə, bu suallar heç 

də cavabsız qalmamışdır.) İndi   isə biz mövzumuzu   təkmilləşdirmək üçün həmin sualların 

əsaslarını oxucuların nəzərinə çatdırırıq.

1).Təbiətşünasların  tədqiqat  və  araşdırmaları  nəticəsində  məlum  olub  ki,  insanın 

bədəni  ömründə  bir   neçə  dəfə  dəyişir.  (Məsələn,  əlli  yaşındakı  insanın  bədəni  onun  otuz 

yaşındakı  bədəni  deyildir.  Zaman  ötdükcə  onun  bədəni  dəyişmiş,  əlli  yaşına  çatdıqda  otuz 

yaşındakı  bədənindən  artıq  heç  bir  şey  qalmamışdır.)  Bu,  (bədənin  dəyişməsi)  təxminən, 

yeddi  ildən  artıq  bir  baş  verir.  Burada  yaranan  sual  bu  bədənlərdən   qiyamətdə  hansı 

bədənin  qayıdacağı  sualıdır.  Cavabında  isə  deyirik:  Qiyamətdə  qayıdan  sonuncu  bədən 

olacaqdır.  Yuxarıda  qeyd  olunmuş  ayələrdə  də  oxuduq  ki,  Allah  insanların  çürümüş 

sümüklərinə  yeni  həyat  libası  geyindirəcək.  Buradan  da  anlaşılır  ki,  qiyamətdə  sonuncu 

bədən  qayıdacaq.  Həmçinin,  bir  çox  ayələrdə  gəlmiş  «qəbirlərinizdən  qalxacaqsınız»  kimi 

ifadələrdən də sonuncu bədənin qayıdacağı başa düşülür.

Maraqlı  budur  ki,  sonuncu  bədən  ömür  boyu  dəyişilən  bədənlərin  bütün 

xüsusiyyətlərini  əhatə  edəcəkdir.  Başqa  sözlə,  bədənlərin  hamısı  dəyişilən  zaman  bütün 

xüsusiyyətlərini sonrakı bədənə təhvil verirlər. Buna görə, sonuncu bədən bütün bədənlərin 

varisi  olur  və  onların  xüsusiyyətlərini  əldə  edir.  Deməli,  ədalət  qanuna  əsasən,  sonuncu 

bədən günahların cəzasını çəkə, eləcə də savabların əcrinə yetişə bilər.

2).Bəziləri deyirlər ki, biz ölüb torpağa qarışdıqdan sonra bədənimizin hissəcikləri ot 

və  ya  meyvələrin  tərkibinə  daxil  olur.  (Yəni,  dəfn  olunduğumuz  yerdə  ağac  əkilir,  həmin 

ağac  isə  bizim  dəfn  olunduğumuz  torpaqdan  qidalanır,  nəticədə  meyvə  əmələ  gəlir.  Bu 

meyvənin  tərkibində  bizim  bədənimizin  hissəciklərindən  də  ola  bilər.)  Həmin  meyvəni 

başqa  bir  şəxs  yeyərsə,  onda  necə  olacaq?  Qiyamətdə  meyvənin  tərkibindəki  bədən 

hissəcikləri  kiminlə  olacaqdır?  Birinci  şəxslə,  yoxsa  meyvəni  yeyən  ikinci  şəxslə?  Cavabda 

deyirik: Ölüb torpağa qarışmış və sonradan ot, ağac və ya meyvənin tərkibinə daxil olmuş 

bədən  hissəcikləri  şübhəsiz  ki,  öz  sahibinə  qayıdacaq.  (Ötən  ayələrdən  də  bunu  istifadə 

etmək  olar.)  Yeganə  çətinlik  odur  ki,  onda,  həmin  meyvədən  yemiş  ikinci  şəxsin  bədəni 

naqis  olacaq.  Bunun  da  cavabında  deyirik  ki,  xeyr,  ikinci  şəxsin  bədəni  heç  də  naqis 

olmayacaq və yalnız bir az kiçiləcəkdir. Çünki birinci şəxsin bədəninin tərkibindəki hissəciyi 




89

ikinci  şəxsin  bütün  bədəninə  yayılmışdır  və  həmin  hissəcik  ondan  ayrılanda  ikinci  şəxsin 

bədəni  o  hissəciyin  ölçüsü  qədər  kiçiləcək.  Deməli,  nə  birinci  bədən,  nə  də  ikinci  bədən 

sıradan  çıxmır.  Sadəcə  olaraq,  ikinci  bədən  bir  az  kiçiləcəkdir.  Bu  da  heç  bir  çətinlik 

doğurmur.  Çünki  bildiyimiz  kimi,  Allah  qiyamətdə  insanların  bədənlərini  təkmilləşdirib 

onlarda  olan  bütün  çatışmazlıqları   aradan  qaldıracaq.  Deməli,  ikinci  şəxsin  bədəninin 

naqisliyi də həll olunur. Beləliklə də, heç bir müşkül qalmır və hər şey qaydasına düşür.


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin