Təbiət nə üçün bu qədər gözəldir? Nə üçün dağların başına kimi çəkilmiş meşələr,
ağaclar arasından axan bulaq və arxlar insana həzz verir və insanın ruhunu oyadır?
Bunun ən açıq səbəbi təbiətin eyni cür və bərabər olmamasıdır.
Quranın bir çox ayələrində işıq və qaranlığın, gecə və gündüzün təsirləri haqda
deyilənlərdə də məqsəd insanların bir səviyyədə yaşamasına son qoymaqdır. Məsələn,
günəş daima asimanın bir nöqtəsində durub yer kürəsinə işıq saçsa, həyatda heç bir
dəyişiklik olmaz. Nə gecə olar, nə günəş batar. İnsanlar hamısı yorulub əldən düşər və bir
çox digər çətinliklər də ortaya çıxar.
Buna görə də, həyatda yaranan çətinliklərin bir qisminin insana ruh verdiyini, onun
ruhiyyəsini artırdığını qəbul etməliyik. Çtinliklər yaşayışı insanın gözündə ucaldır, onu
cilvələndirir. Çətinliklər insana nemətin qədrini bilməyi və əlində olan nemətlərdən necə
istifadə etməyi öyrədir.
Dostları ilə paylaş: |