Щязряти Айятуллащцл-Цзма


Fikirləşin və cavab verin



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə36/180
tarix28.03.2022
ölçüsü0,8 Mb.
#54345
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   180
[kitabyurdu.org] usuliddin-50ders

Fikirləşin və cavab verin

1.İnsanın yaranışındakı məqsəd nədir? Və bu məqsədə hansı yolla yetişmək olar?

2.Çətinliklərlə üzləşdikdə insanın iradə və ruhiyyəsi necə möhkəmlənir?

3.Çətinliklər içində böyüyüb, böyük elmi məqamlara çatmış insanlardan görüb, yaxud 

tarixdə oxumusunuzmu? Əgər bilirsinizsə, onların həyatından danışın.

4.Quran insanların etdiyi günahların əvəzi barədə nə buyurur?

5.Hansı insanlar çətinliklərdən müsbət, hansılar isə mənfi nəticə çıxarırlar?

V dərs

Yenə də ziyan və çətinliklərin fəlsəfəsi 

Şər  işlərin,  ziyanların,  müşküllərin,  çətinliklərin  və  xoşagəlməz  hadisələri  tövhid  və 

Allahı tanıma bəhslərində mütaliə edənlər üçün çoxlu suallar irəli çıxardığını nəzərə alaraq, 

yenə  də  bu  məsələ  barədə  bir  daha  ətraflı  söhbət  edir,  çətinlik  və  ziyanlar  barədə 

söylədiyimiz  fikirləri davam etdiririk.

5)Çətinliklər insan həyatına ruh verir

Əgər  nemətlər  hər  zaman  insanın  əlində  olarsa,  öz  dəyər,  qədr  və  əhəmiyyətini 

itirəcəkdir. Bəlkə də bunu qəbul etmək bəziləri üçün çətin olsun.

Bu gün artıq sübuta yetirilmişdir ki, bir cismi otağın ortasında qoyub, hər tərəfdən o 

cismin üzərinə güclü, qüvvətli və eyni səvviyyəli işıq buraxsalar (cisim və otaq təmiz  olmaq 

şərti ilə), həmin cismi gözlə görmək mümkün olmayacaq. Çünki bir şeyi görmək üçün, gərək, 

onun kölgəsi işığın əks tərəfində olub, cəhətlərini təyin etsin. Bununla da cism öz ətrafından 

fərqlənərək müşahidə olunur. (Yuxarıdakı misalda isə bu şərait aradan çıxır.)

Nemətlərin qədrini bilmək də çətinliklərin ortaya cıxması və nemətlərin əldən getməsi 

olmadan mümkün deyil.

Əgər insan ömründə bir dəfə belə xəstələnməsə, sağlamlığın qədrini bilməz. Əgər insan 

bir  dəfə  gecəni  güclü,  dəhşətli  qızdırma  içərisində  keçirsə,  səhər  açılarkən  axşamkı 

qızdırmadan  heç  bir  əsər-əlamət  qalmazsa,  sağlamlığının  qədrini  anlayacaq.  Biləcək  ki, 

sağlamlıq adlı böyük bir nemət onun ixtiyarındadır.

Ümumiyyətlə,  bir  səviyyədə  ömr  sürmək  (hətta  maddi  imkan  cəhətdən  ən  gözəl 

səviyyədə  olsa  da)  ruhsuz  olur,  insanı  yorur,  hətta  insanı  ölüm  halına  salır.  Bəzi  hallarda 

maddi imkanı yüksək səviyyədə olan və həyatını heç bir çətinlik olmadan keçirən insanlar 

nəhayət intihara əl atmış, yaxud ömr boyu həyatlarından şikayətlənmişlər.

Mahir  bir  memar  böyük  bir  salon  üçün  divar  tikdikdə  heç  vaxt  divarları  zindan 

divarları  kimi  düz və eyni  səviyyədə  tikmir.  Əksinə,  salonun  divarlarını  bəzəyir,  memarlıq 

nəzərindən ona yaraşıq verir.



25


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin