B)Psixoloji səbəblər
Dünyada bir qrup süst və tənbəl insanlar var ki, onlar həyatda həmişə məğlubiyyətə
uğrayır və heç vaxt uğur qazanmırlar. Ancaq bunun səbəbini öz tənbəlliklərinin boynuna
yox, məcburiyyətin boynuna yıxırlar. Bu əqidəyə tapınaraq özlərini həyatda məcbur bilirlər.
Bununla da özlərinə təsəlli verirlər. Deyirlər, çarəmiz nədir, bəxtimiz əvvəldən belə yazılıb,
bəxtimiz əvvəldən qara olub. Daha qara bəxti Zəmzəm, Kövsər suyu ilə də yumaq mümkün
deyil.Təəssüflər olsun ki, bəxtimiz bizə kömək etmir.
|