2)Din və məzhəb məcburiyyətlə ziddir:
Yuxarıda deyilənlərin hamısı «məcburiyyət» nəzəriyyəsinin insanların vicdanı ilə zidd
olmasına aid idi. Burada insanların dindar, məzhəb əhli, yaxud dinsiz və heç bir dinə xidmət
etməyən olmasın heç bir fərqi yoxdur.
Məcburiyyət nəzəriyyəsi vicdanla olduğu kimi, din və məzhəblə də müxalif və ziddir.
Din və məzhəb təfəkkürü də məcburiyyət nəzəriyyəsinin batil və səhv olduğuna dair digər
qanedici sübutlar ortaya qoyur. Din və məzhəb təfəkkürü heç vaxt məcburiyyət nəzəriyyəsi
ilə uyğun gələ bilməz. Əgər bu nəzəriyyə qəbul edilərsə, onda dinin əsasları, proqramları
çətinliklə üzləşər. Allahın keçən dərslərdə sübuta yetirilmiş ədaləti ilə məcburiyyət
nəzəriyyəsi necə uyğun gələ bilər? Necə ola bilər ki, Allahın bir nəfəri filan pis işi görməyə
vadar və məcbur edə, sonra da həmin işə görə onu cəzalandıra? (Bu Allahın ədaləti ilə düz
gəlirmi?) Bu iş heç bir məntiqlə uyğun gəlmir. Əgər məcburiyyət nəzəriyyəsini qəbul etsək,
onda savab, günah, cənnət və cəhənnəmin hamısı mənasız və hədəfsiz olacaqdır. Həmçinin,
əməl dəftəri, qiyamət gününün hesab kitabı, Quran ayələrində günahkarlara vəd olunmuş
əzab və eləcə də möminlərə verilmiş müjdələr öz mənasını itirəcəkdir. Çünki bu nəzəriyyəyə
əsasən, nə bir nəfər möminin özündən bir şey asılıdır, nə də bir günahkar və kafirin əlindən
bir iş gələr. Bunlardan əlavə, biz din və məzhəbin ilkin mərhələlərində «məsuliyyət»lə
üzləşirik. Hər bir insanın din qarşısında məsuliyyət daşıdığını görürük. Əgər insanlar öz
iradələrində azad və muxtar (ixtiyar sahibi) olmasalar, onda məsuliyyətin nə mənası olar?
Əli özündən ixtiyarsız əsən şəxsə «əlini tərpətmə» deyə bilərikmi? Yaxud enişdən aşağı
gələn və özünü saxlaya bilməyən insana «dayan» deyə bilərikmi? Məhz buna görə də əmirəl-
möminin Həzrət Əli (ə) hədislərinin birində buyurur ki, məcburiyyət əqidəsi bütpərəstlərin
və şeytan hizbinin (partiyasının) əqidəsidir.
Həzrət Əli (ə)-ın hədisinin ibarəsi belədir «Bu əqidə bütpərəstlərin, Allah
Dostları ilə paylaş: |